Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Film platformasının erməni lobbisinin təzyiqi ilə "ATATÜRK" serialının yayımının dayandırması utancvericidir"
"Film platformasının erməni lobbisinin təzyiqi ilə "ATATÜRK" serialının yayımının dayandırması utancvericidir"

“Disney+”-ın çoxdan gözlənilən Atatürk serialının bu gün platformada deyil, FOX ekranlarında yayımlanacağı iddia edilib. İddialardan sonra Radio və Televiziya Ali Şurası (RTÜK) rəhbəri araşdırmaya başlanıldığını açıqlayıb.

Bizimyol.info Türkiyə mətbuatına istinadla xəbər verir ki, 14 iyun 2022-ci ildə Türkiyəyə daxil olan “Disney+”, sürətlə davam etdirdiyi yerli istehsalları arasında nəhəng bir adı da daxil edib. Bu, Türkiyə Cümhuriyyətinin 100-cü ildönümündə yayımlanacaq, Aras Bulut İynemlinin baş rol oynadığı "Atatürk" serialıdır.

“Disney+”-ın yerli istehsallarını ləğv etmək qərarı seriala təsir etmədi və onun planlaşdırılan tarixdə yayımlanacağı açıqlandı. Bu gün isə, serialla bağlı gözlənilməz xəbər gəlib. Serialın “Disney+” daxilində deyil, FOX ekranlarında açıq şəkildə yayımlanacağı iddia edilib.

“Disney+”-dan serialın çıxarılmasına reaksiya verən Radio Televiziya Ali Şurasının sədri Ebubekir Şahin mövzu ilə bağlı araşdırmaya başlanıldığını açıqlayıb. O, bu barədə sosial media hesabında yazıb. Ebubekir Şahin platforma ilə bağlı araşdırmaya başlanıldığını və təşkilatın müdafiəsinin alınacağını bildirib.

“Rəqəmsal media xidmət provayderi “Disney+”ın öz platformasında yerli məzmunlu “Atatürk”ü yayımlamamaq qərarına gəldiyi barədə ictimaiyyətə verilən məlumata əsasən, araşdırmaya başlanması qərara alınıb. Türkiyə Cümhuriyyətimizin qurucusu Qazi Mustafa Kamal Atatürk bizim ən mühüm ictimai dəyərimizdir. Mətbuatda əksini tapan erməni lobbisinin müdaxiləsi ilə bağlı iddialar ciddi şəkildə araşdırılır”-deyə Şahin əlavə edib.

Jurnalist Candaş Tolga Işık diqqətçəkən bir detal paylaşıb. İşıq, xarici işlər naziri Hakan Fidan və Milli Kəşfiyyat Təşkilatının rəhbəri İbrahim Kalının da prosesdə iştirak etdiyini və “Disney+”ın növbəti günlərdə açıqlama verəcəyini bildirib.

AK Partiya sözçüsü Ömər Çelik də məsələyə öz reaksiyasını bildirib:

“Amerika mərkəzli bir televiziya-film platformasının erməni lobbisinin təzyiqinə uyaraq "Atatürk" serialını yayımlamadan ləğv etməsi utancvericidir. Sözügedən platformanın bu münasibəti Türkiyənin və millətimizin Cümhuriyyət dəyərlərinə hörmətsizlikdir.

Əvvəllər də müxtəlif hallarda qeyd etdiyimiz kimi, ABŞ-dakı bu qondarma soyqırım şəbəkəsi tarixi hadisələrdən yalan siyasəti üçün alət kimi istifadə edir. Bu lobbinin yeganə məqsədi dəfələrlə göründüyü kimi Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasının qarşısını almaqdır. Bu şəbəkələrin fəaliyyətinin Atatürk və Türkiyə Cümhuriyyəti qarşısında heç bir təsiri yoxdur. Ayıb olsun, bu vəziyyətə tab gətirənlərə...”

Birsen Altuntaşın paylaşdığı məlumata görə, “Disney+”-ın Atatürk serialı platformanın daxilində yayımlanmayacaq. Serial “Disney+”ın qardaş şirkəti və FOX kanalında 29 oktyabr 2023-cü ildə pulsuz yayımlanacaq. Yayım “Bütün Türkiyəyə hədiyyə” şüarı ilə aparılacaq.

Serial təkcə FOX-da yayımlanmayacaq. Birsen Altuntaşın paylaşdığı digər məlumata görə, serial prodüser Saner Ayar tərəfindən hazırlanacaq xüsusi yığılmış formada iki bölüm olaraq kinoteatrlarda nümayiş olunacaq. Bundan əlavə, serial metaverse dünyasında yer alacaq. Metaverse planları haqqında hələ ki, heç bir təfərrüat yoxdur.

“Disney+” bütün Türk istehsallarını ləğv etdiyi vaxt Atatürk serialının taleyi rəsmi olaraq açıqlanmamışdı. Yerli istehsallar yığışdırılaraq ləğv edilərkən, Atatürk serialının da şəbəkədən ayrıldığı güman edilirdi.

“Disney+”-ın Atatürk serialını ləğv etmə səbəbi bəzi icmalara görə, erməni icmalarının təzyiqi ilə bağlıdır. Amerika Erməni Milli Komitəsi açıq şəkildə “Disney+”-dan Atatürk serialını ləğv etməyə çağırıb. “Disney+”-ın Atatürk serialını öz tərkibində yayımlamamaq qərarı da erməni icmalarının qələbəsi kimi qiymətləndirilib. “301” erməni icması aşağıdakı bəyanatı paylaşıb:

““Disney+”-ın “Atatürk” türk serialını ləğv etmək qərarına gəldiyini elan etməkdən xoşbəxtik. 29 oktyabr 2023-cü ildə yayımlanması planlaşdırılan altı seriyalı serialı elan etməsinə və Emma Wattson-un aktyor heyəti də daxil olmaqla, platformaya 8 milyon dollar xərclədiyi bildirilsə də platforma ağıllı şəkildə onu yayımlamamağı seçdi.

Türkiyə Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş “Disney +” tərəfindən istehsal olunan serial artıq bədii filmə çevriləcək və noyabrın 3-də yalnız Türkiyə kinoteatrlarında nümayiş olunacaq. Serialın platformada yayımının ləğvi qərarına erməni icmasının təzyiqi və Amerika Erməni Milli Komitəsinin (ANCA) müraciətləri təsir edib. Bu, “Disney+”-ın serialda hərbi cinayətkar obrazını canlandırmasının qəbuledilməz olduğunu açıqlayır. Bunun aradan qaldırılması üçün yorulmadan çalışan ANCA-ya və “Disney +”-un idarə heyəti üzvlərinə, “301”-in e-poçt kampaniyası ilə hərəkətə keçən minlərlə insana təşəkkür edirik”….

“Disney+” bu günə qədər mövzu ilə bağlı hərhansı açıqlama verməyib.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »