Dünyanın ən zəngin adamlarından biri, "Tesla" və "Twitter"in sahibi İlon Mask hesab edir ki, süni intellektin (AI) inkişafı bəşəriyyətin məhvi təhlükəsi yarada bilər.
Bizimyol.info xəbər verir ki, belə bir qiymətləndirmə ilə "SpaceX" şirkətinin təsisçisi bazar ertəsi nümayiş olunan "Fox News"a müsahibəsində danışıb.
Mask deyib ki, süni intellekt “sivilizasiyanı məhv etmək potensialına malikdir”. Bu mənada o, pis dizayn edilmiş və ya inşa edilmiş təyyarələrdən, ya da pis yığılmış avtomobillərdən daha təhlükəli ola bilər. Milyarder oxşar ssenarinin “Terminator” film seriyasında da oynanıldığını vurğulayıb: "Ancaq hər şey Terminatordakı kimi olmayacaq, çünki ağıl məlumat mərkəzlərdə olacaq. Robotlar yalnız son amil olacaq", - deyə o qeyd edib.
İş adamı vurğulayıb ki, bu və ya digər sahədə məhdudiyyətlər çox vaxt yalnız pis bir şey baş verəndən sonra tətbiq edilir: “Əgər bu, süni intellektlə baş verərsə və biz məhdudiyyətləri yalnız dəhşətli bir hadisə baş verdikdən sonra tətbiq etmək qərarına gəlsək, çox gec ola bilər. O vaxta qədər o (AI) artıq özünü idarə edəcək. Və onun nəzarət altına alınması insanları cinayətkarlıqdan çəkindirməkdən də çətin ola bilər”, - deyə Mask fikrini izah edib.
Texnologiyanın inkişafı süni intellektin onu söndürə bilməyən insanlar üçün qərar qəbul etməsinə gətirib çıxara biləcəyi ilə bağlı aydınlaşdırıcı suala sahibkar müsbət cavab verib: "Hər şey tamamilə buna doğru gedir", - deyib.
Qadir, Bizimyol.info






