Milyarder ixtiraçı İlon Mask "X.AI Corp" adlı yeni süni intellekt (AI) şirkəti yaradıb.
Bizimyol.info xəbər verir ki, "The Wall Street Journal"ın məlumatına görə, Mask keçən ay öz şirkətini qeydiyyatdan keçirib.
"Mask şirkətin qeydiyyatdan keçmiş yeganə direktorudur və Musk ailəsi ofisinin direktoru Jared Birchall onun katibidir. Keçən ay edilən müraciətə görə, "X.AI" özəl şirkətə 100 milyon səhmin satışına icazə verib”, - deyə mesajda qeyd edilir.
Nəşr bildirib ki, son bir neçə ay ərzində iş adamı "ChatGPT" çat botunu hazırlayan "OpenAI" ilə rəqabət apara biləcək süni intellekt üzrə startapı işə salmaq üçün komanda axtarır.
"ChatGPT" chatbot istifadəçilərlə müxtəlif dil üslublarında ünsiyyət qura bilir. O, elə cavab verir ki, istifadəçi canlı insanla danışdığı təəssüratı yarada bilər.
Martın 29-da isə "OpenAI"nin rəhbəri Sem Altman dedi ki, "ChatGPT"nin növbəti versiyası “dünyanı dəyişdirməlidir”. Bununla əlaqədar olaraq, ixtiraçı İlon Mask və "Apple" şirkətinin həmtəsisçisi Stiv Voznyak da daxil olmaqla, süni intellekt tərtibatçıları etibarlı təhlükəsizlik protokolları tərtib olunana qədər onun işlənməsini dayandırmağı təklif ediblər.
Martın 31-də İtaliya Avropada "ChatGPT"ni bloklayan ilk ölkə oldu. Və ötən gün ABŞ səlahiyyətliləri süni intellekt sistemlərinə nəzarət etməyin yollarını axtaracaqlarını açıqladılar.
Qadir, Bizimyol.info






