Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Stresli insanlar klaviatura və mausdan necə istifadə edirlər?
Stresli insanlar klaviatura və mausdan necə istifadə edirlər?

İş həyatında stress kifayət qədər yüksəkdir. Gündəlik işimizin bir parçası olduğu üçün bunu dərk edə bilməsək də, stress bir çox sağlamlıq problemlərinə səbəb olur və hər zaman stressdə olmaq insanı xəstələndirir.

Stressin aşkarlanması və qarşısının alınmasının istiqamətində İsveçrə Federal Texnologiya İnstitutu mühüm addım atıb. Bizimyol.info Türkiyə mətbuatında istinadla xəbər verir ki, hər üç nəfərdən birinin iş yerində stres keçirdiyini qeyd edilən İsveçrədə stressi müəyyən etmək və qarşısını almaq üçün yeni model hazırlanıb. Model stressi başladığı yerdə, yəni işdə aşkar edir.  Psixologiya və informasiya texnologiyalarının müxtəlif sahələrindən olan səkkiz tədqiqatçının daxil olduğu araşdırmada cihaz öyrənilməsindən istifadə edilərək, bir model hazırlanıb. Modeli hazırlayarkən komanda 90 iştirakçıdan ibarət qrupu araşdıraraq,məlumatları təhlil edib. İştirakçıların bəzilərinə rahat işləyə biləcəkləri, işlərinin kəsilmədiyi və heç bir müdaxiləyə məruz qalmadıqları bir iş mühiti təmin edilsə də, bəziləri üçün görüşlər, suallar və sorğularla zəngin “daha realist” iş mühiti təmin edilib. 90 iştirakçının maus və klaviatura hərəkətləri, eləcə də ürək döyüntüləri izlənilib.

Araşdırmanın müəlliflərindən Mara Nagelin deyir ki, stress altında işləyən insanların klaviatura və maus istifadə davranışları stress keçirməyən işçininkindən fərqlidir. Həmçinin, komandaya görə, klaviatura və maus istifadə davranışları stress səviyyəsini ürək döyüntüsündən daha yaxşı müəyyən edir.

  • Bəs stresli insanlar klaviatura və mausdan necə istifadə edirlər?

"Stressli insanlar maus kursorunu daha tez-tez və daha az dəqiqliklə hərəkət etdirərək ekranda daha uzun məsafələr qət edirlər. Rahat insanlar isə, məqsədlərinə çatmaq üçün daha qısa, daha birbaşa yollardan istifadə edir və buna daha çox vaxt sərf edirlər", - Nagelin yekunlaşdırır.

  • Bəs niyə stress klaviatura və maus hərəkətlərimizə təsir edir?

Komandanın fikrincə, artan stress səviyyələri beynimizin məlumatı emal etmək qabiliyyətinə mənfi təsir göstərir. Bu da motor bacarıqlarımızın mənfi təsirinə səbəb olur. Təbii ki, klaviatura və mausdan necə istifadə etməyimiz də stressli olub-olmamağımızdan asılıdır.

Komandanın məqsədi bu məlumatları məxfi saxlamaq və yalnız işçilərin stress səviyyələrini müəyyən etmək və şəraiti yaxşılaşdırmaq üçün istifadə etməkdir. Bu səbəbdən komanda həm də əməkdaşların və etika mütəxəssislərinin daxil olduğu digər işçi qrupla məlumatların anonim qalması və işçilərin zərərinə istifadə edilməməsi üçün nə etməli olduğuna dair araşdırmalar aparır.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »