Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
MİT Azərbaycanda da yaşamış terrorçu Mehmet Cintosunu saxlayaraq Türkiyəyə gətirib
MİT Azərbaycanda da yaşamış terrorçu Mehmet Cintosunu saxlayaraq Türkiyəyə gətirib

Sonun xəbərə görə, FETÖ-nün hazırkı maliyyə strukturunda olan Mehmet Cintosun Milli İstihbarat Təşkilatının (MİT) xaricdə keçirdiyi əməliyyatla yaxalanaraq Türkiyəyə gətirilib.

Bizimyol.indi xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

"Silahlı terror təşkilatına üzv olmaq" ittihamı ilə həbs rekordu olan Mehmet Cintosun MİT əməliyyatı ilə saxlanılıb və artıq Türkiyəyə gətirilib.

Cintosun 1995-2014-cü illərdə Azərbaycanda olarkən təşkilatın Azərbaycanda fəaliyyət göstərən müəssisəsində baş menecer vəzifəsində çalışıb. 2014-cü ildə Türkiyəyə qayıdan Cintosun 15 iyul çevriliş cəhdindən sonra yenidən xaricə qaçıb. Təşkilat fəaliyyətini xaricdə davam etdirən Cintosun ölkədə fəaliyyət göstərən FETÖ üzvlərinə təşkilata bağlı kuryerlər vasitəsilə maliyyə dəstəyi verib.

Cintosun təşkilatın Bahattin Karataş, Harun Tokak, Talip Büyük kimi yüksək səviyyəli rəhbərləri ilə əlaqə saxlayıb və bu yolla qurduğu beynəlxalq təşkilatla FETÖ-nün maliyyə fəaliyyətini idarə etdiyi bildirilib.

Cintosun maliyyə fəaliyyətləri ilə yanaşı qeyri-qanuni yollarla xaricə qaçmaq istəyən təşkilat ünsürlərinə logistik dəstək verdiyi də öyrənilib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »