Bir müddət əvvəl Ruben Vardanyan Qarabağdan qaçanda onun qondarma respublikanın baş naziri postunda çox qalmayacağı bəlli idi. Çünki Azərbaycan Ruben Vardanyanı tanımır, onunla heç bir danışığa getməyəcəyini bəyan etmişdi. Vardanyan Moskvanın uğursuz, daşa dəymiş bir layihəsi idi. Onu ortadan elə Moskva götürməli idi. Amma bu prosses elə bir formada baş verməli idi ki, Arayik Arutunyanın nüfuzu aşağı düşməsin. Elə bu səbəbdən də ötən gün qondarma respublikanın prezidenti Arayik Arutunyan “dövlət nazir”i Ruben Vardanyanı vəzifəsindən uzaqlaşdıraraq, onun yerinə başqa bir “yanı” qondarma respublikanın baş prokuroru Qurgen Nersisyanı təyin etdi.
Qeyd edək ki, bir müddət öncə Münxen görüşündə prezident İlham Əliyev Ruben Vardanyanın getməsini tələb etmişdi.
“Ağ Partiyanın” sədr müavini Əhəd Məmmədli bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Ruben Vardanaynın istefası Azərbaycanın maraqlarına cavab verir. Çünki Azərbaycan hətta prezident səviyyəsində Vardanyanla heç bir danışıqların aparılmayacağını bəyan etmişdi. Onun eksport olunduğunu və Azərbaycanın bu adamı tanımadığı qeyd edilmişdi. Münxendə İlham Əliyevin çıxışından sonra Ruben Vardanyanın istefaya göndərilməsi, Azərbaycanın konkret mövqeyi qarşısında əks tərəfin geri çəkilməsi oldu.
Əhəd Məmmədli“Bu müsbət haldı. Amma Vardanyanı digər “yanlar” əvəz edəcək. Onun yerinə proksi terrorçu “ölkədə” vəzifəyə başqası təyin edilib. Bu səbəbdən də biz çalışmalıyıq ki, bu il ərzində qondarma “arsax” məsələsini həll edək. Orada biz yurisdiksiyamızı tətbiq etməliyik. Bu gün Azərbaycan üçün Srutunyan və ya Vardanyan arasında və yaxud hansısa “yan” arasında heç bir fərq olmamalıdır. Əsas məqsədimiz ərazilərdə yurisdiksiyamızı tətbiq etmək olmalıdır”-deyən politoloq Vardanyanın vəzifədən uzaqlaşdırılmasını Azərbaycanın kiçik də olsa qələbəsi adlandırıb.
Xatırladaq ki, Ruben Vardanyan 2022-ci il noyabrın 4-də qondarma respublikaya dövlət naziri təyin edilmişdi. O, Forbes jurnalının reytinq məlumatlarına görə, 2021-ci ildə Rusiyanın varlıları siyahısında 116-cı yeri tutub.
İradə Cəlil, Bizimyol.info






