Ermənistanın mövqeyi ondan ibarətdir ki, 9 noyabr 2020-ci il tarixli razılaşmalar çərçivəsində Laçın dəhlizi mümkün qədər tez açılmalı, insanlar və yüklər üçün fasiləsiz işləməlidir.
Bizimyol.info xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bildirib.
“Ermənistan beynəlxalq tərəfdaşlarından tələb etməkdə və danışmaqda davam edir. Onlar da bunu, Laçın dəhlizinin rəvan işləməsini tələb edirlər . Amma qeyd etdiyim kimi, Ermənistan Laçın dəhlizinin nə vaxt və necə açılacağı ilə bağlı danışıqlara və ya müzakirələrə girmir”, - deyə o, FactorTV-yə müsahibəsində bildirib.
“Azərbaycan Beynəlxalq Məhkəmənin tələblərinə əməl edəcəkmi, yoxsa bu strukturun qərarı kağız üzərində qalacaqmı?” sualını cavablandıran Qriqoryan bildirib ki, Bakı Beynəlxalq Məhkəmənin qərarına əməl etməlidir.
“Bu (Beynəlxalq Məhkəmənin tələblərinin yerinə yetirilməsi – red.) Azərbaycanın sazişləri və digər beynəlxalq öhdəlikləri necə yerinə yetirmək iqtidarında olduğunu bir daha göstərəcək və bu, beynəlxalq ictimaiyyət üçün münayiş olunacaq”, - deyə o, bildirib.
Azərbaycan prezidenti İlham Əliyevin Münhendə Laçın dəhlizində nəzarət-buraxılış məntəqəsinin yaradılması tələbinə Ermənistanın necə reaksiya verməsi ilə bağlı sualı cavablandıran Qriqoryan qeyd edib ki, Ermənistan kommunikasiyaların blokunun açılması kontekstində üzərinə düşən bütün öhdəlikləri yerinə yetirib.
“Keçən il hökumət üç nəzarət-buraxılış məntəqəsi yaratmaq qərarına gəlib ki, bunun sayəsində blokun açılması mümkündür. Azərbaycanın reaksiyasını gözləyirik. Hər kəs bilir ki, Ermənistan üçün qırmızı xətt istənilən ekstraterritorial mexanizmin blokdan çıxarılması kontekstində müzakirədir. Ermənistan bunu müzakirə etməyib, müzakirə etmir və heç vaxt da müzakirə etməyəcək”,- deyə Qriqoryan bildirib.
O, xatırladıb ki, Cənubi Qafqaz regionunda iqtisadi və nəqliyyat kommunikasiyalarının bloklanması proqramının hazırlanması və həyata keçirilməsi Ermənistan, Rusiya və Azərbaycan baş nazirlərinin müavinləri - Mher Qriqoryan, Aleksey Overçuk və Şahin Mustafayevin birgə sədrliyi ilə üçtərəfli işçi qrupunun funksiyalarına daxildir. Bu ölkələr arasında 2021-ci il yanvarın 11-də imzalanmış saziş əsasında yaradılıb.
Leyla Mirzə






