Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
AFAD başçısı ölənlərin sayını açıqlayıb - Video

Türkiyə Fövqəladə Halları İdarə Edilməsi Agentliyinin (AFAD) rəhbəri Yunus Sezer zəlzələdə ölənlərin sayının 41 min 156-ya yüksəldiyini açıqladı.

Bizimyol.info xəbər verir ki, AFAD rəhbəri bunu zəlzələ sonrası görülən işlərlə əlaqədar bu gün keçirdiyi mətbuat konfransında deyib.

Sezer: "Axtarış-xilasetmə işlərimiz davam edir. Hatayda da axtarşı-xilasetmə işləri dayandırılıb. Bundan başqa  15 binada axtarış-xilasetmə işləri davam edir. İşlərin sona çatması planlaşdırılır. Ölənlərin sayında 41 min 156 nəfərə çatdığını ağır hüznlə açıqlamalıyıq. 20 870 binada dağıntıların tədqiqi aparılıb”, - deyə bildirib.

Agentliyinin rəhbəri: “35 min 250 nəfər axtarış-xilasetmə işlərinə dəstək verdi. Hazırda 19 min axtarış-xilasetmə əməkdaşları fəal şəkildə işlərini davam etdirir. Bölgədə 250 mindən çox nəfərlə işimizi davam etdiririk.

Hazırda 15 min 250 inşaat maşını işləməyə davam edir. 78 təyyarə və 116 helikopter aktiv şəkildə fəaliyyətini davam etdirir. 11 mindən çox əməkdaşımız növbə ilə əvəzlənib”, - deyə o bildirib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »