Bundan sonra Belarusun uşaq bağçalarında balacalar Hörümçək adam paltarını geyinə bilməyəcəklər. Çünki bununla bağlı rəsmi qadağa var. Hökumət uşaq şənlikləri barədə məhdudiyyətlər müəyyənləşdirib.
Bizimyol.info xəbər verir ki, sosial medianın Belarus seqmentində Jlobin rayonunun təhsil şöbəsindən məktub dərc edilib. Burada qeyd olunub ki, təhsil müəssisələrinin rəhbərləri “Belarus xalqının ənənəvi dəyərlərinə zidd olan təbliğatın qarşısını almaq üçün hərtərəfli tədbirlər görməlidirlər”. Bu cür hadisələrə misal olaraq Hellouin bayramı və “Hagi Vagi” qəhrəmanlarının geyimləri göstərilib. Məktubda həmçinin bildirilir ki, qadağa Nazirlər Şurasının sonuncu Hellouin bayramı gününə təsadüf edən 30 noyabr 2022-ci il tarixli qərarına əsaslanır.
Jurnalistlər Qomel vilayət icraiyyə komitəsinin baş təhsil şöbəsindən uşaq bağçalarında və məktəblərdə qadağan olunmuş bayramların, eyni zamanda, qəhrəmanların tam siyahısını öyrənməyə çalışıblar. Şöbəyə edilən zəng zamanı onlar özlərini Qomel təhsil müəssisələrindən birində oxuyan uşağın valideyni kimi təqdim ediblər.
Təhsil və sosial iş şöbəsinin baş mütəxəssisi Svetlana Luçkova qadağaların tətbiq edildiyini təsdiqləyib. Növbəti valideyn iclasında valideynlərə təfərrüatların çatdırılacağını deyib. Amma məmur konkret tövsiyələr siyahısını səsləndirə bilməyib.
"Hörümçək adam: Evə yol yoxdur" filmindən kadr“Bunlar təbii ki, milli televiziyada yayımlanan cizgi film qəhrəmanlarıdır. Bunlar Belarus və rus xalq nağıllarının qəhrəmanlarıdır. Amma Belarus dəyərlərinə uyğun gəlməyən xaricdən gətirilən qəhrəmanlar deyil. Məsələn, Hörümçək adam Belarus qəhrəmanı deyil”.
Luçkova rus qəhrəmanlarının Belarus dəyərlərinə nə dəxli olduğuna dair aydınlaşdırıcı suala cavab olaraq bildirib ki, bu halda söhbət sovet cizgi filmlərinin qəhrəmanlarından gedir.
Təhsil departamentinin rəsmisi də Belarus məktəblərində Hellouin bayramının qeyd olunmasının artıq qadağan ediləcəyini təsdiqləyib.
“Dövlət müəssisələrində Hellouinlər keçirilmir. Bu bayramlar ictimai bir tədbir olmadığı üçün keçirilməsinə icazə verilmir”.
Rəsmi nümayəndənin sözlərinə görə, qadağan olunmuş bayramların keçirilməsinə və “düzgün” uşaq geyimlərinin seçilməsinə görə məsuliyyət təhsil müəssisələrinin rəhbərlərinə üzərinə düşür.
Aytən, Bizimyol.info






