Karvanlarla düşərgə səfərləri ənənəvi yay fəaliyyətidir. Amma bu qayda Türkiyəyə aid deyil! Çünki Türkiyənin hava şəraiti sayəsində dörd fəsildə karvanla səyahət etmək mümkündür. Bütün il boyu açıq havada istirahət etmək istəyən və sayı günü-gündən artan düşərgəçilər üçün bir çox düşərgələr qışda da açıq olur.
Səmimi dostluq və gözəl qonaqpərvərliklə yanaşı, onun vəhşi, gözəl və toxunulmaz təbiəti, firuzəyi dənizi və qızılı qumlu gizli sahilləri, keçmişdən günümüzə sivilizasiyaların panoraması Türkiyədə karvansevərləri gözləyir.
Karvan səfərləri əcnəbi turistlərə tanımadıqları kiçik kəndləri, şəhərləri tanımağa imkan yaratmaqla yanaşı, füsunkar kənd həyatı ilə tanış olmaq imkanı verir.
Sonda isə, onu deyək ki, kəndlərə səfərlər üçün uyğun şəkildə tam təchiz olunmuş karvanlar Türkiyənin böyük şəhərlərində və turizm bölgələrində icarəyə götürülə bilər.
Karvan üçün düşərgələr...
Türkiyədə karvan üçün tam təchiz olunmuş düşərgələr çoxdur. Dəniz kənarında qurulan bu ərazilərə avtomobil yolu ilə asanlıqla getmək olur. Ailəvi istirahət üçün ideal bir mühit olan düşərgələrdə əsas ehtiyaclar üçün yerli təzə qidaların, həmçinin düşərgəçilər üçün su və şam yeməyinin satıldığı marketlər də var. Çimərliklər və dənizlər həm uşaqlar, həm də böyüklər üçün sonsuz əyləncə seçimləri təklif edir.
Hər büdcəyə, zövqə və marşruta uyğun gözəl karavan parkları və düşərgələri seçimi mövcuddur. İstər fəaliyyətlərlə dolu bir ailə görüşü, istərsə də, şəhərin səs-küyündən uzaqda bir tətil axtarırsınızsa, Türkiyə sizin üçün mükəmməl yerdir!






