Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İnanc turizminin mərkəzi sayılan müqəddəs “Sümela” Monastırı
İnanc turizminin mərkəzi sayılan müqəddəs “Sümela” Monastırı

Türkiyənin Qara dəniz bölgəsinin ən gözəl şəhərlərindən biri olan Trabzonda “Sümela” Monastırı Bölgənin gəzilməli, görülməli yerlərindən hesab edilir. Trabzonun Maçka rayonunun Altındərə kəndində sıldırım qayaların üzərində inşa edilən bu monastır xalq arasında "Məryəm Ana Kilsəsi" kimi də tanınır. Altındərə kəndindən təxminən 300 metr yüksəklikdə yerləşən Sümela Monastırı sıldırımlara, qayalara, meşələrə uyğun inşa edilib. Müqəddəs Məryəmin şərəfinə tikilmiş monastr öz adını yerli "dağ" sözündən, "torpaq" mənasını verən Sümela sözündən alıb. “Sümela” adının monastrın inşa edildiyi illərdə yerli əhalinin danışdığı dildə “qara”, “qara qaranlıq” mənasını verən “Qara Dağ” sözündən və yerli əhalinin adından ortaya çıxdığı deyilir. Həmin dövrlərdə bu rayon “Oros Melas” adlanırdı. Monastırın adı isə, “Panagia Sou Melas” idi. Osmanlı Türk İmperatorluğu məlumatlarında monastırın adı “Su (o) Mela” qeyd edilib.

“Sümela Monastırı”nı İstanbuldan başlayaraq ziyarət etmək istəyirsinizsə, siz bunun üçün xüsusi bir avtomobil kirayələməlisiniz.

Əfsanəyə görə, bu monastır Bizans İmperatoru I Theodosius (375-395) dövründə Afinadan gələn iki keşiş Barnabas və Sofranius tərəfindən qurulmuşdur. VI əsrdə İmperator Justanianusun əmri ilə monastır bərpa edilərək, yenidən inşa edilmişdir. Sonradan isə, Belisarios tərəfindən genişləndirilir. “Sümela” monastırına XIII əsrdən sonra əsaslı şəkildə müdaxilə edilməyib. 1204-cü ildə yenidən qurulan monastırın əhəmiyyəti Trabzon Komnenos bəyliyindən III Aleksios dövründə bir qədər də artdı. III Aleksiosun oğlu III Manuel və sonrakı şahzadələr dövründə “Sümela” monastırı yeni fərmanlarla zənginləşdirilir.

Şərqi Qaradəniz sahillərində qurulan Türk hakimiyyətindən sonra Osmanlı Türklərinin padşahları bir çox monastırlarda olduğu kimi “Sümela”nın da haqlarını qorumuşdur. XVIII əsrdə monastırın divarları freskalarla bəzədilmişdi.

XIX əsrdə monastr son görünüşünə qovuşur. Bir çox səyyahlar monastıra baş çəkir və onunla bağlı yazılar yazırdılar. 1916-1918 illərdə Trabzon Rus işğalı zamanı monastır da ələ keçirilir. 1923-cü ildə isə, ərazidə olan xalq köçürülür. 1923-cü ildə Türkiyə Cümhuriyyətinin qurulması ilə monastırın fəaliyyəti başa çatır. Eyni il Lozan Müqaviləsi hökmlərinə görə, bölgənin yunan vətəndaşları ilə birlikdə rahib və keşişlər də Yunanıstana göndərilir. Rahiblər monastrda çıxan zaman özləri ilə xeyli dəyərli əşyalar götürür. Zaman keçdikdə, rahiblərin özləri ilə apara bilmədikləri dəyərli əşyaları basdırdıqları müəyyən edilir. 1923-cü ildən bu günə qədər “Sümela Monastırında” basdırılan xəzinənin axtarışları bu günə qədər davam edir.

Bu gün inanc turizmi üçün populyar yer hesab edilən monastır 6 ildir ki, restavrasiya edilir və qapılarını turistlərin üzünə açır. Avqust ayına qədər xristianlar üçün müqəddəs hesab edilən bu monastrı 300 min turist ziyarət edib.

Son xəbərlər
Bütün xəbərlər »