Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Avropa İttifaqı danışıqlarda Türkiyənin də iştirakını vacib sayır"
"Avropa İttifaqı danışıqlarda Türkiyənin də iştirakını vacib sayır"

Avropa İttifaqının (Aİ) Ermənistandakı Monitorinq Missiyası fəaliyyətini başa vurur.

Bu barədə Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrel bildirib. O deyib ki, dekabrın 19-da monitorinq qrupu öz işini başa vurur. Missiyanın vaxtının uzadılması ilə bağlı məsələ gümdəmdə olmasa da, Avropa İttifaqı tərəflər arasında vasitəçiliyi itirməmək üçün Ermənistana komanda göndərəcək.

Xatırladaq ki, oktyabrın 17-də Cənubu Qafqazda vəziyyət haqqında hesabat təqdim edilməsi üçün regiona 40 nəfərlik nümayəndə göndərilmişdi. Ayın 19-da Avropa İttifaqı tərəfindən Ermənistana göndərilən monitorinq missiyasının vaxtı tamam olur.

Politoloq Samir Hümbətov bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, missiya təyin edildiyi zaman Azərbaycan tərəfindən narazılıqlar və narahatlıqlar var idi. Bu səbəbdən də Avropa İttifaqının missiyasını başa vurması çox müsbət haldır. "Tərəflər arasında münaqişənin daha da böyüməməsi üçün ilkin addımları Avropa İttifaqı atmağa çalışır, yəni tərəfləri öz aralarında sülh danışıqları prosesini sürətləndirməyə dəvət edir.

Samir Hümbətov Samir Hümbətov

Avropa İttifaqı bugünə qədər Brüsseldə öz vasitəçiliyi ilə 4 dəfə görüş keçirib. Beşinci görüş isə dekabrın 7-də baş tutacaq görüş idi ki, təxirə salındı. Bu görüşün bərpa edilməsi, yəni növbəti dəfəyə keçirilməsi Avropa İttifaqı tərəfinin prioritetidir. Çünki burada artıq Avropa İttifaqının nüfuz məsələsi, Cənubi Qafqazda möhkəmlənmək və yaxud möhkəmlənməmək mövzusu gündəmdədir”-deyə o qeyd edib.

Politoloq hesab edir ki, Avropa İttifaqı münaqişənin həlli istiqamətində əldə etdiyi imkanları itirməməyə çalışmayacaq. “Yaxın zamanlarda Avropa İttifaqı, Azərbaycanın tələbi əsasında həyata keçiriləcək, eyni zamanda Fransa prezidenti Emanuel Makronun iştirakı olmadan keçirilə biləcək bir görüşün həyata keçirilməsinə çalışacaq. Bu görüşün baş tutması o deməkdir ki, Avropa İttifaqı öz missiyasını Ermənistandan çıxarmaqla yanaşı, həm də Ermənistan və Azərbaycan arasıdna sülhün əldə edilməsi məsələsində qətiyyət nümayiş etdirməyə çalışır”,- deyən politoloq bildirib ki, Avropa İttifaqının Cənubi Qafqaz üzrə nümayəndəsi Toivo Klaarın verdiyi açıqlamada Türkiyə məsələsini gündəmə gətirməsi ondan xəbər verir ki, Avropa İttifaqı növbəti danışıqlar məsələsində Türkiyənin də iştirakını vacib sayır.

Yəni Brüsseldə 5 -ci görüşdə danışıqlar masasında Fransanın yerini Türkiyə tuta bilər.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »