Dünyada etimadın azalması ATƏT ölkələrini böhranlar qarşısına çıxardı, ciddi şəkildə qütbləşmə baş verdi.
APA xəbər verir ki, bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Nazirlər Şurasının Lodzda keçirilən 29-cu iclasında çıxışı zamanı bildirib.
O qeyd edib ki, hazırkı iclas Ukraynada baş verən müharibə şəraitində keçirilir:
“Diplomatiyanın qarşısının açıldığı halda həll yoluna nail olmaq mümkündür. Təbii ki, Ukrayna üçün ədalətli bir sülh olmalıdır. Türkiyə ATƏT-nın atdığı addımları güclü şəkildə dəstəkləməyə davam edəcək”.






