Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bəyaz "Cənnət" Kleopatra hovuzunun şəfalı suyu ziyarətçiləri müalicə edir
Bəyaz "Cənnət" Kleopatra hovuzunun şəfalı suyu ziyarətçiləri müalicə edir

Dənizli vilayətinin Pamukkale bölgəsində yerləşən və UNESCO-nun "Ümumdünya İrsi Siyahısı"nda yer alan "Kleopatra Hovuzu" təbii üzgüçülük hovuzu bölgəyə gələnlərin diqqətini çəkir.

Qədim dövrlərdən termal müalicə mərkəzi kimi tanınan, eramızın 692-ci ildə baş vermiş zəlzələ nəticəsində sütunların çökməsi və termal suların yığılması nəticəsində təbii yolla əmələ gələn bu qədim hovuzda suyun temperaturu yay-qış 36 dərəcədir. Bura gələn turistlər min illik sütunlar və mərmər daşlar arasında üzmək imkanı qazanır və eyni zamanda şəfalı suya girib təbii gözəlliklərdən həzz almaq imkanı əldə edirlər. Qədim hovuz suyunun ürək-damar xəstəlikləri, revmatizm, iflic, dəri və sinir xəstəliklərinə də faydalı olduğu deyilir.

TÜRSAB Pamukkale Regional İdarə Heyətinin (Türkiyə Səyahət Agentlikləri Şurası) sədri Turan Koçeoğlu deyir ki, son zamanlar Pamukkaleyə turist axını var. Bölgəyə gələnlərin çoxu bu hovuza girməyi arzulayır. Qədim hovuza gələnlərin çox olmasını rayondakı hotellərin dolu olması sübut edir. Bölgəyə gələn ziyarətçilərin hamısı hovuza girir, əylənir və gözəl vaxt keçirirlər.

Pamukkale qışda da gözəldir. Amma ziyarətçilər suda üzmək, isti havanın dadını çıxarmağı da sevirlər. Hətta pandemiya dövründə də hovuz yerli və xarici turistlərlə dolu idi.

Xatırladaq ki, Pamukkale Türkiyəyə ilk dəfə gələn turistlərin görməsi üçün tövsiyyə edilən 4 yer arasındadır. Adətən turistlərə İstanbul, Kapadokya, Pamukkale və Efesi ziyarət etmək tövsiyyə edilir. Pamukkale də tur proqramlarına daxil edilir. Hər il Amerika, Şri-Lanka, Malayziya, Hindistan, Pakistan və Avropadan çoxlu turistlər təbiət möcüzəsi hesab edilən, "Kleopatra hovuzu"nu görməyə gəlir və onun müalicəvi suyunda zaman keçirirlər.

Son xəbərlər
Bütün xəbərlər »