Kumpir müxtəlif dadlı inqrediyentlərlə kartofdan hazırlanan “fast food” yeməyidir. Kartof sobada bişirildikdən sonra kartofun içi açılır. Üzərinə kərə yağı və çeddar pendiri əlavə edilir. Kartofun soyumaması üçün içinə kolbasa, qarğıdalı, zeytun, müxtəlif salatlar, turşu, ketçup, mayonez və s. müxtəlif inqrediyentlər əlavə edilir. Bu yemək kumpir adlanır.
“Kumpir” əslində bolqar sözüdür və kartof mənasını verir. Yuqoslaviyada alüminium folqaya bükülmüş və salatla doldurulmuş kartofa "Kumpir" deyilir. İngilislər isə, kartofu müxtəlif kələmlərlə yeməyi sevirlər.
“Kumpir”in tarixini bilmək üçün əvvəlcə kartofun tarixini bilmək lazımdır. Öncə onu qeyd edək ki, kartof Türkiyəyə çox gec, XIX əsrdə gətirilib. Dəyərini ən yaxşı Türklər bilər. Kartof da ilk dəfə Amerikada kəşf edilir və Kristofer Kolumb sayəsində İtaliya, Almaniya, Rusiya və Fransaya çatır. Ancaq bu ölkələrdə kartof dəyərli hesab edilməyib, heyvanlara yem olaraq istifadə olunub. Zaman keçdikcə insanlar yoxsulluq səbəbindən kartof yeməyə başlayırlar. Türkiyədə o dövrdə gətirilən kartof Türk xalqı tərəfindən çox sevilib. Bu gün Türk mətbəxində kartof qaynadılır, qızardılır, əzilir, mikrodalğada və küldə müxtəlif formalarda bişirilir.
Kartofdan “Kumpir” yeməyinin hazırlanmasının tarixinə nəzər saldıqda, məlumatlara görə, “kumpir” Türkiyəyə bolqar mühacirlər tərəfindən gətirilib. Hələ XX əsrdə Yuqoslaviyada mikrodalğada bişmiş kartof salatla verilir və bu yemək “krumpir” adlandırılırdı. Orada yaşayan bolqarlar da bu ləzzətli yeməyi Türkiyəyə gətirirlər.
Əslində dünyanın bir çox ölkələrində kartofdan hazırlanan və “kumpir” kimi ləzzətli olan müxtəlif yeməklər hazırlanır. Məsələn; Rusiyada buna bənzər yemək “kroşka kartoşka”, Amerika və İngiltərədə “bişmiş kartof” adlanır. Amma digər ölkələrdən fərqli olaraq, sadəcə Türkiyədə kartof daha fərqli inqrediyentlərlə təqdim edilir. Etiraf edək ki, “kumpir” həqiqətən çox ləzzətli və fərqli bir yeməkdir.






