Dondurma xüsusilə yayda yeyilən dadlı desertdir. Yay aylarının əvəzolunmaz deserti olan dondurmanın Türkiyədə maraqlı tarixi var. Belə ki, Maraş dondurması Türkiyənin bənzərsiz ləzzətləri arasında dünya miqyasında populyarlıq qazanıb. Bu dəfə Maraş dondurmasının mənşəyi, markası, turistik dəyəri, dondurmanın necə dünya brendinə çevrilməsi və Maraş dondurmasının yaranması barədə məlumat verəcəyik.
Maraş dondurmasının evdə hazırlanacaq qədər sadə bir tərifi var. Dadlı dondurma növlərinin çox olduğu Türk mətbəxində dondurmaçı peşəsinin xüsusi yeri var. Bölgənin coğrafi şəraitindən asılı olaraq yay aylarında dondurulmuş meyvə və meyvə şirələri müxtəlif üsullarla istehlak edilib. Anadoluda XIII əsr Səlcuqlular dövründə dondurulmuş şirniyyatların qar saxlamaq üçün xüsusi hazırlanmış qar qablarında hazırlandığı müşahidə edilirdi. Hətta Osmanlı dövründə də davam edən dondurulmuş desertlərin hazırlanması ənənəsi daha geniş yayılmağa başladı. Saray tərəfindən təyin olunan “karcıbaşı” və “buzcubaşı” kimi məmurlar tacirlərdən şirniyyat hazırlamaq üçün lazımi miqdarda vəsait əldə edərək, bölüşdürürdülər.
XVII ərdən etibarən dondurma hazırlamanın yolları müəyyən edildi. Maraş dondurması da bu dövrdə məşhur yay desertinə və ticarət məhsuluna çevrildi.
Kahramanmaraş dondurması necə yaranıb?
Kahramanmaraş dondurması 1920-ci ildə Hələbdən gəlib Kahramanmaraşda məskunlaşan Hacı Mehmet adlı şəxsin bölgədə salepli dondurma hazırlamağa başlaması ilə ortaya çıxıb. Bir müddət sonra “Kel Ali” ləqəbli şəxs salep və keçi südünü dəmir qaşıqla qarışdıraraq, məşhur Maraş dondurmasını yaratdı.
1980-ci illərin ortalarına qədər Maraş dondurması evlərdə və kiçik müəssisələrdə istehsal edilirdi. Sonradan texnoloji cihazların emalatxanalara daxil edilməsi ilə daha böyük bir sektora çevrildi. Soyuducu qurğular və dondurma saxlama sistemləri inkişaf etdirildikdən sonra Maraş dondurması Türkiyənin digər şəhərlərinə də yayılmağa başladı. Bu gün dünyanın əksər ölkələrində mağazalarda Maraş dondurması satılır.
Qeyd edək ki, dondurma hazırlamaq keçmişdən bu günə qədər bir sənətdir.
Maraş dondurması çətin hazırlanan bir dondurma olsa da, bu gün də bəzi Türk ailələrində hazırlanır. Kahramanmaraşda 32 növ Maraş dondurma resepti var. Hər reseptdə istifadə olunan inqrediyentlərin növləri və proseslər fərqlidir.
Evdə Maraş dondurmasının hazırlanması:
- 5 stəkan süd
- 1 stəkan dənəvər şəkər
- 1 çay qaşığı saf salep
Maraş dondurmasının hazırlanması aşağıdakı kimidir:
- Hazırladığınız 5 stəkan südü götürüb qaynadın.
- Qaynayan südə şəkəri əlavə edib qaynatmağa davam edin.
- Salepi kiçik qabda əridərək, ərinmiş salebi yavaş-yavaş qaynayan şəkərli südün içinə tökün və eyni zamanda südü qarışdırın.
- Salepin süddə tamamilə həll olması vacibdir. Bu səbəbdən südlə qarışdırılmış salep tamamilə həll olunana qədər qarışdırmağa davam edin.
- Sonra qaynayan südü sobadan götürün və qarışdırın,soyumağa qoyun.
- Süd kifayət qədər soyuduqda, soyuducuya qoya biləcəyiniz bir qaba tökün və soyuducuya qoyun.
- 20 dəqiqədən sonra donmağa başlayan qarışığı dəmir qaşıqla qarışdırın. Dondurma saqqız konsistensiyasına düşənə qədər, bu prosesi hər 20 dəqiqədən bir təkrarlayın.
- Dondurma bərkiyəndən sonra, soyuducudan çıxarıb süfrəyə verə bilərsiniz…






