Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Elon Mask: Rusiya Ukraynada Starlink-i “öldürməyə” çalışır
Elon Mask: Rusiya Ukraynada Starlink-i “öldürməyə” çalışır

"SpaceX" və "Tesla" şirkətlərinin qurucusu İlon Mask bildirib ki, Rusiya Ukraynada "Starlink"i öldürməyə fəal şəkildə çalışır.

Bizimyol.info xəbər verir ki, o, bu barədə "Twitter"də məlumat verib.

“Cəbhədə dinc rabitə ilə rabitə arasında böyük fərq var. "Starlink" yeganə rabitə sistemidir ki, hələ də ən yaxşı işləyir - qalanları ölüdür. Rusiya fəal şəkildə "Starlink"i öldürməyə çalışır. Qorunmaq üçün "SpaceX" müdafiəyə böyük vəsait ayırıb. Nə olursa olsun, "Starlink" hələ də ölə bilər", - deyə Maask bildirib.

Mask həmçinin Ukraynada "Starlink" peyk rabitəsinin şirkətə ayda təxminən 20 milyon dollara başa gəldiyindən şikayətlənib.

“Terminallarla yanaşı, biz peykləri və yerüstü stansiyaları yaratmalı, işə salmalı, onlara qulluq etməli və doldurmalıyıq. Biz şlüzlər vasitəsilə internetə çıxış üçün telekommunikasiya şirkətlərinə pul ödəməliyik. Biz həm də kiberhücumlardan və getdikcə çətinləşən maneələrdən qorunmalı olduq. Bunun üçün də xetli vəsait tələb olunur”, - deyə milyarder bildirib.

Qeyd edək ki, oktyabrın 7-də “Financial Times” Ukrayna hökuməti və Silahlı Qüvvələrdəki mənbələrə istinadən cəbhə xəttində terminalların işindəki uğursuzluqlar barədə yazıb.

Rusiyanın işğal etdiyi ərazilərdə aktiv döyüşlər zamanı terminalların fəaliyyətini dayandırdığı iddia edilir. Nəşrin həmsöhbətlərinin sözlərinə görə, bu, ukraynalı döyüşçülərdə ciddi panikaya səbəb olub. İlon Maskın özü bu barədə məlumatların “məxfi” olduğunu bildirib. Həmçinin, Qərb mediasına görə, Mask Ukraynanın işğal olunmuş Krımda "Starlink"dən istifadə etməsini təkzib edib.

Sentyabr ayında "SpaceX" Pentaqona məktub göndərərək "Starlink" xidmətlərini maliyyələşdirməyə davam edə bilməyəcəyi barədə xəbərdarlıq edib.

Məktubda həmçinin Pentaqonun Ukrayna hökuməti və ordusunu "Starlink" xidmətlərindən istifadə etməsi üçün maliyyələşdirməsi tələb olunur. "SpaceX"in iddiasına görə, onun xərcləri bu ilin sonuna kimi 120 milyon dollardan çox vəsaitə başa gələcək. Növbəti 12 ay ərzində təxminən 400 milyon dollara tələb olunacaq.

Oktyabrın 14-də Ukrayna Prezidenti Aparatının rəhbərinin müşaviri Mixailo Podolyak bildirib ki, Ukrayna "Starlink" peyk internet terminallarının fəaliyyətini davam etdirmək üçün həll yolu tapacaq.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »