Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Gərginliyin son həddi: "Qiyamət Günü Saatı" artıq saniyələri sayır...
Gərginliyin son həddi: "Qiyamət Günü Saatı" artıq saniyələri sayır...

Təməli İkinci Dünya Müharibəsindən cəmi iki il sonra atılan və dünyanın sonuna doğru irəliləyişini simvolik olaraq təmsil edən “Qiyamət Günü Saatı”nın əqrəbi artıq 12:00-a yaxınlaşır. Bəs bu, nə məna verir?

“Qiyamət Günü Saatı” - Albert Eynşteyn və Çikaqo Universitetinin atom alimləri tərəfindən hazırlanmış bu saatda gecə yarısı bəşəriyyətin tamamilə məhv edilməsini ifadə edir. Yəni saat gecə yarısına yaxınlaşdıqca, insanlıq məhvə doğru gedən bir fəlakətə yaxınlaşır. Hazırda əqrəbin yerdəyişməsi barədə qərarı Çikaqo Universitetinin "Atomçu alimlərin bülleteni" adlı jurnalının dəvət etdiyi bir qrup alim verir ki, onların da arasında 18 Nobel mükafatçısı var. Qərar üçün çoxsaylı faktorlar gözdən keçirilir.

Bu saata görə, həmin fəlakətli sona ən çox yaxınlaşdığımız illərdən biri 2018-ci il olub. 2018-ci ildə qiyamət saatı gecə yarısına 2 dəqiqə qalmışa qoyulanda, çoxları fəlakətin tezliklə baş verəcəyini düşünürdü. 2020-ci ildə bu müddət 100 saniyəyə endirildi. Keçən il isə saatda heç bir dəyişiklik olmayıb.

Saat bu ilin, yəni 2022-nin əvvəllərində yenidən tənzimləndikcə, nüvə silahlarının inkişafı, iqlim və epidemiya kimi amillər qiymətləndirilirdi. Alimlər daha sonra mətbuat konfransı ilə öz qərarlarını açıqlayacaqları barədə öncədən məlumat vermişdilər.

Ancaq Rusiya-Ukrayna müharibəsinin başlaması ilə həmin açıqlama yarımçıq qaldı və satin əqrəbi 100 saniyədən daha az müddətə endirildi. Bu, daha çox müharibə aparan ölkələrin, xüsusilə də nüvə silahına malik supergüclərin həmin silahdan istifadə edəcəklərinə dair etdikəri hər açıqlamada saat 12:00 olmağa daha da yaxınlaşdı.

Yetmiş beş ildən çoxdur ki, dünyanın tibbi, siyasi, iqtisadi və hərbi sahədə olan gərginliyini özündə simvolik olaraq əks etdirən “Qiyamət Günü Saatı” son 75 ildə ilk dəfə olaraq dəqiqədən saniyələrə enib. Bu vəziyyət vaxtilə ABŞ və SSRİ arasında yaranan “Kuba böhranı” ərəfəsində özünü daha çox göstərmişdi. Həmin vaxt dünyanın iki qütbü və iki supergücü olan bu ölkələr nüvə bombardmanının astanasına gəlmişdi və bütün dünya nəfəsini tutub, düyməyə ilk kimin basacağını gözləyirdi. Həmin vaxt “Qiyamət Günü Saatı”nın 12:00 olmasına cəmi iki dəqiqədən daha az bir müddət qalırdı. Ancaq son anda dönəmin ABŞ Prezidenti Con Fitzcerald Kennedi çox yerində bir qərar qəbul etməklə, nüvə müharibəsinin qarşısını ala bilmişdi.

Nüvə silahına malik ölkələr arasında gərginlik artdıqca, bu, həmin saatda öz əksini tapırdı. Məsələn, 1953-cü ildə - soyuq müharibənin təməlinin qoyulduğu vaxtlarda saat 11:53-ü göstərirdi. Bu, simvolik olaraq, Qiyamətin başlamasına yeddi dəqiqənin qaldığını özündə əks etdirirdi. Kuba böhranından sonra demək olar ki, saat əvvəlki vəziyyətinə qayıtdı, bir də 1991-ci ildə SSRİ-nin dağılması ilə “Qiyamət Günü Saatı” 17 dəqiqə geriyə çəkildi.

2020-ci ilin başlanğıcında pandemiyanın dünyanı bürüməsi ilə azalan dəqiqələr indi Rusiya-Ukrayna müharibəsinin başlaması ilə saniyələrə çevrilib. Rusiya Prezidenti Vladimir Putinin hər çıxışı zamanı dünyanı nüvə silahları ilə hədələməsi, həmin saniyələri daha da azaldır. Görünür, artıq yer üzünün sayılı saniyələri qalıb…

Mətin Şükürlü, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »