Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Pirşağı Tataz Pirinin maraqlı tarixçəsi
Pirşağı Tataz Pirinin maraqlı tarixçəsi

Pirşağı Tataz Piri, qədim tarixə malik Azərbaycan abidələrindən hesab edilir. Pirin tarixi ilə bağlı müxtəlif rəvayətlər var. Bəzi iddialara görə, kənndə əkinçiliklə məşğul olan 3 qardaş yaşayırmış. Bir gün qardaşlardan biri yorulur və papğını başını altına qoyub yatır. Yuxuda görür ki, kimsə ona “biz uzun illərdir yerin altında qalmışıq. Səvab sahibi olarsan, bizi çıxar” deyir. Yuxudan oyanan qardaş gördüyü yuxusunu qardaşlarına danışır. Qardaşlar həmin yeri qazırlar. Yerin altından qəbirlər çıxır. Sonradan həmin yerdə pir tikilir. Pirşağı sakinləri, eləcə də, digər kəndlərdən bu pirə ziyarətə gəlir, arzularını, diləklərini dilə gətirib nəzir qoyurlar.

Əslində Tataz pirinin taleyi barədə kənd sakinlərində müxtəlif fikirlər var. Bəziləri heç pirin tarixi barədə məlumata da malik deyil. Pirin yeni binası 1996-cı ildə tikilib. Həmin vaxtdan qorunan tarixi abidə bu gün də ziyarətçilərini qəbul edir. Pirin ətrafı isə məzarlıqdır.

Sakinlər bildirir ki, ta qədim dövrlərdə Pirşağı kəndində iki piri olub. Onlardan biri dənizə yaxın olduğu üçün zamanla dağılıb, torpağa qarışıb. Digər isə, Şahi Pir adlanırmış. Bu pirin yanında Şeyx Məhəmmədin məzarı vardı. Və iddialara görə, elə o Şahi Pir inidki Tataz piridir.

Bəzi rəvayətlərə görə isə, Pirşağıda dəri xəstəlikləri sağalda bilən Şahin adlı bir şəxs yaşayırmış. İddiaya görə, dəri xəstəliklərindən əziyyət çəkənlər onun yanına gəlib şəfa taparmış. O, dünyasını dəyişdikdən sonra insanları sağaltdığı ərazidə dəfn edilir. Və həmin ərazi Pir - müqəddəs yer hesab edilir. Şahin özü həyatda olmasa da, pir xəstələrə şəfa verir.

Ümumiyyətlə Pirşağı torpağının insana sağlamlıq verdiyi ilə bağlı iddialar var. Yel xəstəliyi, revmatizma, dəri xəstəliyi və s. xəstəliyi olan insanlar bu ərazidə yaşadıqları zaman heç bir xəstəlikdən əziyyət çəkirmirlər.

Bəzi iddialara görə, isə, Pirşağı ərəb sözündən götürülüb. Sözün ikincisi hissəsi “uşşaq”- aşiq deməkdir. Yəni kəndin adı Piraşiqləri kimi də qəbul edilə bilər.

Etiraf etməliyik ki, qədim tarixə malik bu kəndlə bağlı müxtəlif rəvayətlər, iddialar olsa da, Tataz Pirinin konkret tarixi ilə bağlı heç bir məlumat yoxdur. Təkcə inanılan bir reallıq var ki, bu pir şəfa verir...

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »