Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Dünya Türkiyənin nəhəng gəmisindən danışır: ABŞ mətbuatından “Osmanlı” vurğusu
Dünya Türkiyənin nəhəng gəmisindən danışır: ABŞ mətbuatından “Osmanlı” vurğusu

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Şərqi Aralıq dənizində “Yörüklər 1” quyusunda qazma işləri aparmaq üçün “Abdülhamid Han” gəmisini yola salıb. Beynəlxalq xəbər agentlikləri bu yeniliyin hər saniyəsini abunəçiləri ilə bölüşüblər.

Bizimyol.info xəbər verir ki, Əl-Cəzirə bu yeniliyi “Türkiyə Şərqi Aralıq dənizində təbii qaz kəşfiyyatını bərpa etdi” başlığı ilə oxucularına təqdim edib. Xəbərdə Ərdoğanın mərasimdəki çıxışına geniş yer verilib və marşrutun Ərdoğan tərəfindən açıqlandığı vurğulanıb.

ABŞ-da yerləşən “ABC News” da bu xəbəri oxucuları ilə paylaşıb: “Türkiyə prezidenti çərşənbə axşamı ölkənin ən yeni və ən böyük sualtı karbohidrogen qazma gəmisini suya buraxıb.

Türkiyənin digər qazma gəmiləri “Fatih”, “Kanuni” və “Yavuz” Türkiyənin təbii qaz ehtiyatları aşkar etdiyi Qara dənizdə işləyir. Dörd gəminin hamısı Osmanlı sultanlarının adını daşıyır”,- deyə xəbərdə qeyd edilir.

“Brüssel Times” qəzeti də bu məsələ ilə bağlı yazı dərc edib. Xəbər “Türkiyə neft və qaz üçün dənizdə qazma işlərinə davam edir” başlığı ilə verilib.

Almaniyanın “DW” (Alman Dalğası) nəşri də gəminin missiyasına başladığını oxucularına açıqlayıb.

Qeyd edək ki, gəminin rəsmi açılışı Yunanıstanda geniş əks-səda doğurub. Yunanıstan mətbuatı bu hadisə ilə bağlı məlumatı ilk manşetdə oxucularına təqdim edib.

“CNN Yunanıstan” kanalı gəminin istismara verildiyi mərasim üçün “Ərdoğan güc nümayişi etdi”şərhini verib. Məqalədə aşağıdakı ifadələr yer alıb: “Rəcəb Tayyib Ərdoğan güc nümayiş etdirərək Prezident helikopteri ilə gəminin üzərindən uçdu və bu şəkli Tvitter-də yayımladı”.

Sonda onu da əlavə edək ki, texniki təchizat və fiziki xüsusiyyətləri ilə donanmanın “ən güclüsü” olaraq xidmət edəcək “Abdülhamid Han” “Fatih”, “Kanuni” və “Yavuz”dan sonra Türkiyənin dördüncü qazma gəmisi, dünyanın isə beşinci ən böyük gəmisi olma xüsusiyyətini daşıyır. Gəminin uzunluğu 238 metr, eni isə 42 metrdir.

Qoşa qülləli aktiv mövqe təyinetmə sisteminə malik, 200 nəfərlik ekipaj tutumu və 12.200 metrə qədər qazma qabiliyyətinə malik gəmi, dünən Taşucu Limanından təşkil edilən mərasimlə ilk səfərinə yola salınıb.

Leyla, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »