ABŞ -ın aparıcı media orqanlarından biri olan Bloomberg, Türkiyə prezidenti Ərdoğanın ötən həftə Soçidəki rəsmi təmasları və Putinlə görüşü ilə bağlı diqqətçəkən xəbər yayıb.
Bizimyol.info xəbər verir ki, “Ərdoğan Putindən tam zamanında dəstək aldı” başlıqlı xəbərdə “Ərdoğan kritik bir zamanda Rusiya lideri Putindən dəstək aldı. Dörd saat davam edən görüşün sonunda Türkiyənin bəzi idxal olunan məhsullar üçün dollardan istifadə etməməyə razı olduğu anlaşılıb.
Bu, Türkiyə lideri üçün böyük bir lütfdür. Ümumi seçkilərə bir ildən az qalmış və anketlərdə dəstək rekord həddə çatan Ərdoğan pul siyasəti səbəbindən dəyərini itirən Türkiyənin iqtisadiyyatını sabitləşdirməyə ehtiyacı olduğunu bildirib”,- deyə yazılıb.
Türk lirəsinin ucuzlaşmasının qidadan xidmət sektoruna və enerjiyə kimi bütün sahələrdə qiymətləri artırdığı, inflyasiyanın 80 faizin üzərində olduğu vurğulanıb. Bloomberg analitiklərə əsaslanaraq, bu ilin sonuna doğru turizm gəlirlərinin azalması ilə vəziyyətin daha da pisləşə biləcəyini iddia edib.
Leyla, Bizimyol.info






