Rusiya-Ukrayna müharibəsi səbəbiylə qlobal tədarük zəncirindəki pozulmalara və ölkələrin Rusiya ilə ticarət əlaqələrinin mənfi təsirinə baxmayaraq, Türkiyənin Rusiya ilə ticarəti artıb.
Bizimyol.info xəbər verir ki, müharibənin əvvəlində sifarişlərdə gecikmələr və axsamalar olsa da, Türkiyə ilə Rusiya arasında ticarət artmaqda davam edib. Məlumata görə, bu ilin iyul ayında Türkiyə Rusiyaya dəyər əsasında ixracatda ən yüksək artımı həyata keçirib.
Türkiyə İxracatçılar Məclisinin (TİM) məlumatına görə, Türkiyənin ixracatı iyul ayında əvvəlki ilin eyni dövrünə görə 13,4 faiz artaraq 18 milyard 550 milyon dollara yüksəlib.
Türkiyənin Rusiyaya xarici satışları isə iyul ayında əvvəlki ilin eyni dövrü ilə müqayisədə 236 milyon 932 min dollar artaraq, 609 milyon 68 min dollara çatıb.
Onu da əlavə edək ki, iyul ayında Türkiyənin Bolqarıstana ixracatı 218 milyon 439 min dollar artaraq 483 milyon 279 min dollara, ABŞ-a 213 milyon 263 min dollar artaraq 1 milyard 119 milyon dollara, Hollandiyaya isə 194 milyon dollar artaraq 735 min dollar 673 milyon 429 min dollara, Cənubi Afrika isə 135 milyon 496 min dollar artımla 224 milyon 207 min dollara çatıb.
Bununla da Rusiya Türkiyənin ən çox ixrac etdiyi yeddinci ölkə olub. Bildirilir ki, Türkiyənin Rusiyaya ən böyük ixracatını kimyəvi maddələr və məhsullar sektoru həyata keçirib.
Kimya materialları və məmulatları sənayesi iyul ayında Rusiyaya 115 milyon 256 min dollar, 83 milyon 224 min dollar təzə meyvə-tərəvəz, 58 milyon dollar maşın və aksesuarlar, 49 milyon 532 min dollar avtomobil sənayesi, 43 milyon 756 min dollar tekstil və xammal kimya və məmulatları ixrac edib.
Leyla, Bizimyol.info






