Rusiya Prezidenti Vladimir Putin sui-qəsd ehtimalından çox qorxur. Onu hətta müharibə günlərində öldürməyə cəhd edənlər olduğunu bildirirlər. Putin buna görə ictimaiyyət arasında çox görünməməyə çalışır. O, koronavirusu bəhanə gətirərək rəsmi görüşlərdə qonaqlarla məsafə saxlayır.
Bizimyol.info xəbər verir ki, Fransa mətbuatı inanılmaz iddianı dərc edib. Burada Putinin xarici səfərləri zamanı təbii ehtiyacının qalıqlarını toplamaq üçün onu həmişə Mühafizə xidmətinin əməkdaşlarının müşayiət etdiyi qeyd olunub. Məsələni fransız jurnalist Rejis Jante və onun rusiyalı həmkarı Mixail Rubin araşdırıb. Onlar ortaya konkret sübutlar qoyublar. Sübutlardan biri Putinin 2019-cu ildəki Səudiyyə Ərəbistanı səfəri ilə bağlıdır. Mühafizə xidmətinin əməkdaşları onda Putin hər dəfə tualetdən çıxanda ora daxil olaraq izləri itirirlərmiş. 2017-ci il Fransa səfəri zamanı da belə olub. Jurnalistlər yazır ki, xidmət əməkdaşları prezidentin təbii ehtiyacının qalıqlarını xüsusi çemodanlara yığaraq Rusiyaya gətirirlər. Bunu dövlət başçısının səhhəti ilə bağlı kənara hər hansı informasiyanın sızmaması üçün edirlər.
İnternet televiziyaları bununla bağlı videolar paylaşıb. Açıq-aşkar görünür ki, Putin hətta tualetdən tək qayıtmır. Mühafizə xidmətinin əməkdaşları həmişə yaxınlıqdadır.
Yazılanlar sosial mediada geniş müzakirə olunub. Putinlə bağlı davranışı müdafiə edənlərin əsas arqumenti odur ki, bütün dünyada belədir, dövlət başçılarının hamısının təbii ehtiyacının qalıqları toplanır. Qarşı tərəf bunu gülməli sayır. Çünki bütün prezidentlərin sidiyinin və nəcisinin toplanılması inandırıcı səslənmir. Davranışı gülünc adlandıranlar bildirir ki, Putin ağır xəstəlikdən əziyyət çəkir, bunun ictimailəşməsi ürəyincə deyil. Guya qida rasionunun gizlin saxlanılması, sui-qəsd ehtimalının aradan qaldılması məqsədilə belə addım atılması arqumenti də zəif səslənir. Böyük ehtimalla Putinin illərdir xəstəliyini belə ağlasığmaz üsulla gizlətməyə çalışırlar.
Bir neçə gündür dünya mətbuatında Rusiya Prezidentinin xərçəng xəstəliyinin ağır forması ilə mübarizə apardığı yazılır. Ona həkimlərin əməliyyat tövsiyə etdiyi, amma Kremlin rəhbərinin bundan çəkindiyi bildirilir.
Aytən, Bizimyol.info






