Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Çavuşoğlu: Avropanın sərhədləri Türkiyə, Azərbaycan və Rusiyadan başlayır - Video
Çavuşoğlu: Avropanın sərhədləri Türkiyə, Azərbaycan və Rusiyadan başlayır - Video

Xarici işlər naziri Mövlud Çavuşoğlu mətbuat konfransında gündəmlə bağlı açıqlamalar verib. Çavuşoğlu, "Burada Yunanıstan qədər AB də günahkardır, Türkiyə bunun onda birini etsə, Türkiyənin necə tənqid olunacağını biz yaxşı bilirik, lakin Yunanıstan əks dəstək alır" dedi.

Bizimyol.info xəbər verir ki, xarici işlər naziri Mövlud Çavuşoğlu Finlandiyanın xarici işlər naziri Pekka Haavisto ilə mətbuat konfransı keçirib.

Çavuşoğlu, Yunanıstanın mühacir sıxışdırması ilə bağlı Avropa Birliyinə müraciət edərək, "Burada Yunanıstan qədər AB də günahkardır, Türkiyə bunun onda birini etsə Türkiyənin necə tənqid olunacağını ən yaxşı biz bilirik, amma Yunanıstan bunun əksini görür", - deyib.

Çavuşoğlunun həmkarı Haavisto: "Bu mövzuda birlikdə çalışmağın nə qədər vacib olduğunu vurğulamaq istəyirəm. Türkiyənin suriyalı qaçqınlara nə qədər yardım etdiyini və hansı iqtisadi yükün altına girdiyini bilirik", -  deyə bildirib.

"Burada Yunanıstan qədər Aİ də günahkardır. Onların etdiyinin onda birini etsəydik, Türkiyənin necə tənqid olunacağını biz yaxşı bilirik. Lakin Yunanıstan əks dəstək alır. Səbəb bu imiş ki, Yunanıstan Avropanın sərhədlərini qoruyur. Halbuki Avropanın sərhədləri Türkiyədən başlayır. Avropanın sərhədlərində Türkiyə Azərbaycan, Gürcüstan, şimalda Rusiyadır. Sərhədləri biz qoruyuruq.

Sərhədi qoruduğu üçün qeyri-insani rəftarın dəstəklənməsi AB-nin müdafiə etməyə çalışdığı dəyərlərə əsaslı şəkildə ziddir.

Türkiyə-AB birgə bəyanatını yeniləmək istərdik. Bu insanlar harada yaşayırlarsa, biz kömək etməliyik. Burada bu mühacirlərə qarşı qeyri-insani rəftar ediləndə kim bunu edirsə etsin, “dur” demək lazımdır. Frontex bunu quru sərhədlərimizdə dəstəklədi. Bunun sənədlərini Aİ ilə də paylaşmışıq", - deyib.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »