İnsan müxtəlif olduğu kimi onların xarakerləri, davranışları da müxtəlifdir. Bu isə insanların doğulduğu bürclərin xüsusiyyətləri ilə əlaqədardır.
Biri qısqanc, biri etibarlı, biri güvənsiz ola bilir. Amma hansısa mənfi xüsusiyyətinə görə biz insanlara pis, yaxşı deyə bilmırik. Bir də paxıl insanlar var, yediyimizə, geydiyimizə, qaşımıza, gözümüzə, saçımıza, aldığımız nəfəsə belə paxıllıq edən insanlar. Bəs hansı bürc altında doğulanlar paxıl olur, heç düşündünüzmü?
Qeyd: Bu qiymətləndirmələrin elmi əsası yoxdur. Ən düzgün qiymətləndirməni elə özünüz insanlarla ünsiyyət zamanı apara bilərsiniz.
Qoç - Qoç bürcü altında doğulan insanlar lider ruhlu olurlar. Hər yerı birinci olmağa çalışan Qoçlar kimsə onlarla rəqabət etdiyi zaman paxıllıq etməyə başlayırlar. Vəzifələrinin kim tərfindənsə əllərindən alınmasına göz yuma bilmirlər. Qoçlar iqtidarlarını kiminləsə paylaşmazlar. İşləri kiminləsə bölünərsə, ona paxıllıq edərlər.
Buğa - Buğalar sakit təbiətli olsalar da, Əqrəblərdən sonra ikinci paxıl insanlardır. Ancaq bu paxıllıqları hər sahədə özünü göstərmir. Maddiyyat və lüks mövzusunda paxıllıqları güclü olur. Ətrafındakı birinin sahib olduğu lüks bir avtomobil, bahalı bir ev Buğanın paxıllıq səbəbidir.
Əkizlər - Əkizlərin əlindın hər şey gəlir. Həm zehni, həm də fiziki olaraq hansı işə başlasalar, uğurla başa çatdırarlar. Özlərindən bacarıqlı birini görəndə Əkizlər paxıllıq edə bilər. Xüsusilə texniki baxımdan bacarıqlarına rəqib olan birini gördükləri zaman paxıllıqlarını gizlədə bilməzlər.
Xərçəng - Xərçənglər zodiakın ən paxıl bürclərindəndirlər. Xərçənglər mərhəmətli, istiqanlı olmalarına baxmayaraq, bəzən laızmsız mövzularda paxıl ola bilirlər. Xüsusilə ailə üzvlərini heç kimlə paylaşmağı sevməzlər.
Şir - Şirlər özünə inanmlarına görə zodiakın ən öndə olan bürcüdür. Ölzərinə heyran olduqları üçün başqalarına paxıllıq etməzlər. Onlar ancaq özlərindən üstün biri ilə qarşılaşdıqları zaman paıxl ola bilirlər. Daha çox bəyənilən birinin varlığı Şirdə paxıllıq yarada bilər.
Qız - Qız bürcü altında doğulanlar zəhmətkeş olduqları üçün başları daim işə qarışır və kiməsə paıxllıq etməyə zaman tapmazlar. Onlar ancaq özləri kimi çalışqan birinə paxıllıq edə bilərlər.
Tərəzi - Tərəzilər nəzakətli olur. Xarici görünüşünə diqqət edən Tərəzilər ancaq daha gözəl və cazibəli birinə paxıllıq edə bilər. Bahalı geyim və zinət əşyaları Tərəzinin paxıllıq səbəbi ola bilər. Əqrəblər paxıllığın kitabını yaza bilən insanlardır. Bəzən laızmsız mövzuda da paxıllıq edə bilirlər. Ən çox isə özlərindən daha cazibədar birini gördükləri zaman paxıllıq edirlər. Əgər sevdiyi şəxs başqa biri ilə maraqlanarsa, o şəxsə paxıllıq etməyə başlayarlar.
Oxatan - Oxatanalr özlərini sevdirə bilirlər. Söhbətləri doyumsuzdur. Onların paxıl olduğunu kimsə deyə bilməz. Xoşbəxt olduqları kimi yaşayar, özlərini paxıllıqla məhv etməzlər.
Oğlaq - Mükəmməl bir karyera üçün əlindən gələni edir Oğlaq. İşlməkdən vəı bacarmaqdan xoşbəxtlik hiss edərlər. Onların paxıllıqları da karyerası ilə bağlı olur. Sənətində uğur əldə etmiş və zəngin insanlara paxıllıq edə bilərlər.
Dolça - Dolçalar paxıllıq nədir bilməzlər. Özü üçün istədiyi kimi yaşayan Dolçanı heç kimin var dövləti, sevdikləri və ya işi maraqlandırmaz.
Balıq - Balıqlar yaradıcı insanlara paıllıq edirlər. Aktyorluğu gözəl bacarırlar. Özlərindən daha bacarıqlı və yaradıcı insanlara paxıllıq edərlər.
İlahin, Bizimyol.info






