Amerikalı milyarder İlon Maskın neyrotexnologiya şirkəti "Neuralink" ilə insan beyninə çip yerləşdirməyi və sözügedən texnologiya ilə Alzheimer və Parkinson kimi xəstəliklərin müalicəsini planlaşdırır.
Bizimyol.info "techcrunch"a istinadən xəbər verir ki, Mask, bu layihənin klinik sınaqlarının 2022-ci ildə başlamasını gözlədiyini bildirdi. Mask layihədə heç bir gecikmə olmayacağını, "geri sayım başladı",- deyə bildirib.
Şirkət tərəfindən: "Neuralink"in ilk klinik sınaqları üçün dünyanın aparıcı həkimləri, mühəndisləri, işə dəvət edilir. Eləcə də koordinator və direktorlar axtarırıq", -deyə elan verilib.
256 milyard dollarlıq sərvətlə dünyanın ən varlı adamı olan Musk sınaqlara rəsmən başlamaq üçün ABŞ Qida və Dərman Administrasiyasının təsdiqini gözləməlidir.
Bizimyol.info






