Hiroşima və Naqasaki hücumlarında istifadə edilənlər də daxil olmaqla Dünyada hazırlanmış 3 atom bombasının yaradıcısı alman əsilli yəhudi, amerikalı fizik Robert Oppenhaymeri tanıyırsınızmı?
Bəşəriyyətin yaratdığı ən iyrənc silahlardan olan atom bombası, II Dünya Müharibəsindən əvvəl yaradılmağa başlamış və müharibənin sonlarına doğru müharibəni sonlandıran bir silahdır. Almaniyanın inkişaf etdirməyə çalışdığı, ancaq sonunu gətirə bilmədən müharibədə məğlub olduğu nüvə silahı bir müharibə zamanı son dəfə ABŞ tərəfindən Yaponiyaya qarşı istifadə edilib.
Robert Oppenhaymer kimdir?
1904-cü ilin aprelin 22-də Nyu Yorkda dünyaya gələn alman əsilli amerikalı fizik Robert Oppenhaymer, bu gün belə dünyanın ən prestijli universitetlərindən olan Harvard Universitetində təhsil aldıqdan sonra İngiltərə və Almaniyada fizika təhsili almış dahi hesab edəcəyimiz bir addır.
II Dünya Müharibəsində zamanı nüvə bombası inkişaf etdirmək üçün yaratdığı Manhattan Layihəsinin rəhbəri təyin edilən Oppenheymer, müharibədən sonra hidrogen bombasının yaradılmasına qarşı çıxmış və bu səbəblə ABŞ tərəfindən Sovetlər Birliyinə yardım etməkdə ittiham edilmişdi.
Oppenheymer adının dünyada tanınmasının əsas səbəbi, Manhattan Layihəsidir. Bu layihə sayəsində, bəşəriyyət tarixinin ilk atom bombası müvəffəqqiyyətlə istehsal edilmiş və bunun nəticəsində II Dünya Müharibəsinin sonu gəlmişdi.
1942-1945-ci illərdə davam edən bu layihənin başında dahi fizik Robert Oppenheymer dururdu. Almanların bənzər layihəyə 1940-cı ildə başladığı üçün ABŞ bu nöqtədə bir qədər sürətli hərəkət etməli idi. Əgər bu gücdə bir silah Hitlerin əlinə keçsəydi bütün müharibənin gedişatı dəyişərdi. ABŞ bu müddətdə bir neçə fərqli müddəti eyni anda davam etdirməyə çalışırdı. Layihənin müvəffəqiyyəti üçün Nyu Mexikoda izolyasiya edilmiş bir sahədə Robert Oppenheymerin rəhbərlik etdiyi bir laboratoriya yaradıldı. Bu laboratoriyada atom bombasının xam maddəsinin yaradılması üçün işlər görülürdü. Nüvə partlamaya uyğun bir başlığın yaradılması və təyyarədən atıldıqdan sonra qapalı bölgədə partladılması lazım idi. Məqsəd, belə bir çəkindirici silahın müharibənin erkən mərhələlərində yaradılması idi.
Atom bombaları istifadə edilməyə başlanılmadan öncə test edilməli idi. Triniti testi olaraq adlandırılan test, 16 İyun 1945-ci ildə saat 05:30-da Albuquerque Nyu Mexikonun 193 kilometr cənubunda Alamoqordo hava sahəsində partladıldı. Reallaşan partlamanı elm adamları və səlahiyyətlilər 9 km uzaqlıqda olan bir sığınacaqdan izlədilər. Bu test 12 min 2 yüz metr ərazini əhatə edən bulud yaratmışdı.
Atom bombası
15 min-20 min ton TNT partlayıcıya bərabər bir güc yaradan tarixin ilk atom bombası, test eddildiyi çöldə 730 metr qumu şüşəyə döndürdü. Bu tarixi test, atom bombaları dövrünün başlanğıcı oldu. Atom bombası yarışında məğlub olan Almaniyanı sıradan çıxarmaq üçün atom bombası istifadə etməyə ehtiyac qalmamışdı. Ancaq Almaniyanın müttəfiqi olan Yaponiya məğlub ediləcəyini bilsə də, mübarizəyə davam ediridi. 1945-ci ilin iyulun 26-da Almaniyanın Potsdam şəhərində bir iclas keçirildi. Bu toplantı zamanı Yaponiyanın təslim olması üçün bir ultimatum verildi. Bu ultimatuma görə, Yaponiya müaribədən çəkiləcək və demokratik bir hökümət yaradılacaqdı. Əgər bunlar reallaşdırılmasa Yaponiya “sürətli və kütləvi şəkildə” yox ediləcəkdi. Yaponiya isə, bu ultimatumu rədd etdi. Ultimatumu rədd edən Yaponiyaya çəkindirici güc tətbiq etməyə qərar verən ABŞ, yanacağı Uran-235 olan "Little Boy" adlı atom bombasını Yaponiyanın Hiroşima şəhərinin 550 metr üzərində partlatdı. 1945-ci il avqustun 6-da yerli saatla 08:15 Enola Qay adlı bombardman təyyarəsindən atılan "Little Boy" adlı atom bombası 44,4 saniyəlik sərbəst düşdükdən sonra partladı. Aparılan araşdırmalara görə, 66 min nəfər partlayış nəticəsində öldü, 69 min nəfər isə, müxtəlif şəkildə yaralandı. 18 min ton TNT, yəni 18 kiloton gücündə olan "Little Boy" dünya tarixində hücum məqsədilə istifadə edilən ilk atom bombası olmuşdu.
Avqustun 6-da atılan ilk bombadan 3 gün sonra 1945-ci ilin avqustun 9-da ABŞ, Yaponiyaya daha bir bomba atdı. Yaponiyanın Naqazaki şəhərinə atılan "Fat Man" adlı atom bombas, "Little Boy" ilə müqayisədə güclü olmasına baxmayaraq, əraziyə görə, daha az təsirli olmuşdu.
Bu silahların partladılmasına ehtiyac vardımı?
Müharibəni bitirmək üçün Yaponiyanın 2 şəhərini uşaq, yaşlı, gənc və heyvanları ilə birlikdə yox edən ABŞ, bu gün də tənqid edilir. Naqazakiyə atılan bombadna bir gün sonra, yəni avqustun 10-da təslim olacağını elan edən Yaponiya, avqustun 14-də rəsmi şəkildə təslim oldu. ABŞ bu bombaları Yaponiyanın təslim olması üçün atdığını vurğulsa da, bəzi tarixçilər Yaponiyanın bu bombalar atılmadan da təslim olacağını iddia edirlər.
Atom bombasının atası kimi tanınan Robert Oppenhaymer, etdiklərindən sonra peşman olmuşdu. Oppenhaymer, ilk nüvə bombası yoxlamasından sonra belə deyirdi: “Dünyanın artıq eyni olmayacağını bilirdik. Bəzilərimiz güldü, bəzilərimiz ağladı. Bir çoxumuz isə, səssiz idik. Mənim ağlıma Hind yazıçılarından Badavad Gitanın bir fikri düşdü. Vişnu. şahzadəni vəzifəsini yerinə yetirməyə inandırmağa çalışarkən ona təsir etmək üçün çox qollu formasını alır və belə deyir: “Mən indi Ölüm oldum. Dünyaların yox edicisiyəm”. Belə hesab edirəm ki, hamımız bunu düşündük”.
Bomba yaratmağı bacaran Oppenhaymer bundan qorxmuşdu. Səbəb olduğu hadisələrə görə vicdan əzabı çəkirdi. Və atom bombalarının atılması əmrini verən ABŞ rəhbəri Truman ilə mübahisə də etmişdi. Milyonlarla insanın ölümünə səbəb olduğunu düşünən Oppenhaymer, hidrogen bombalarının yaradılmasına qarşı çıxmışdı.
Amerikaya bütün dünyadaki ən böyük güclərdən birini vermiş fizik, 1964-cü ildə ABŞ rəhbəri tərəfindən "Enriko Fermi" mükafatına layiq görülərək bütün ittihamlardan azad edilmişdi. 1966-cı ildə təqaüdə çıxan Oppenhaymer, 1967-ci ildə dünyasınə dəyişir.
Həyatının son günlərinə qədər özünü günahkar hesab edən Oppenhaymer, ABŞ rəhbəri Trumana dediyi “Əllərinin qanlı olması” cümləsi ilə tanınır. ABŞ rəhbəri Truman isə, əsəbi şəkildə “Bunun üçün narahat olma. O qan mənim əllərimdədir” deyə cavab verərək, Oppenhaymeri bir daha görmək istəmədiyini deyir.
Tərcümə: İlahin, Bizimyol.info






