Terror təşkilatı olan PKK/YPG mənsubu olan terrorçu ünsürlər Suriya ərazisində "Barış çeşməsi" bölgəsinə sızmağa cəhd göstərib.
Bizimyol.info saytının verdiyi xəbərə görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi veb-saytında məlumat yerləşdirilib.
Məlumatda deyilir ki, PKK/YPG terror təşkilatına mənsub olan terrorçuların bölgədə "təhlükəsizlik və asayiş ortamını pozmaq məqsədilə sızma və hücum cəhdini Türkitə Silahlı Qüvvələrinin (TSK) qəhrəman Komando birlikləri dəf edib. PKK/YPG mənsubu 11 terrorist məqsədinə çatmadan zərərsizləşdirilib.
Bizimyol.info






