Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Amerikada parıldayan dənizin görüntülərini çəkə biliblər - Video
Amerikada parıldayan dənizin görüntülərini çəkə biliblər - Video

Amerikalı fotoqraf Patrick Coyne bu günlərdə sosial şəbəkələrdə Kaliforniyadakı “Crescent Bay Beach”-də çəkilmiş heyrətamiz görüntüləri yayımlayıb.

Gecə çəkilmiş fotoşəkillər möhtəşəm parlayan bir dənizi göstərir. Fotoqrafın sözlərinə görə, belə bir fenomen bu yerdə ildə bir neçə dəfə müşahidə oluna bilər, lakin sentyabr ayında parıltı ümumiyyətlə, ən güclü nöqtəyə çatır.

Bu heyrətamiz mənzərəni çimərlikdə gəzən digər şəxslər də lentə alıblar və onlar da sosial şəbəkələrdə inanılmaz şəkillər paylaşıblar.

Qeyd edək ki, dənizin və ya okeanın belə bir parıltısı bioluminesansa malik mikroorqanizmlərin suyun səthinə toplandığı zaman yaşanan təbii bioloji hadisədir.

Bizimyol.info

View this post on Instagram

A post shared by Patrick Coyne (@patrickc_la)

Son xəbərlər
Bütün xəbərlər »