72 yaşlı ingilis pensiyaçı Leonard Barry Weller 15 ildir Tailandda yaşayır. Əsas hobbisi ölkə daxilində səyahət etməkdir və ümumiyyətlə, bunu təkbaşına edir.
Sentyabrın 1-də Weller yenidən ölkənin şimal-şərqindəki Xonon Kaen əyalətində bir macəraya start verib. Motosikletini yolun kənarında saxlayıb və meşənin dərinliyinə getmək qərarına gəlib. Ancaq bu dəfə işlər plana uyğun getməyib və britaniyalı qoca itib, onunla heç bir şəkildə əlaqə qurmaq mümkün olmayıb.
Weller yolu tapmaq üçün "irəli getmək" qərarına gəlib. Ümumilikdə, təqaüdçü üç gün cəngəllikdə qalmalı olub. Heç nə yeməyib və yalnız gölməçələrdən yağış suyu içib. Güclü yağışlara, 35 dərəcə istiyə və təhlükəli heyvanlara və həşəratlara baxmayaraq, o, nəinki əziyyət çəkməyib, həm də nikbin əhval-ruhiyyəni qoruya bilib.
Həyat yoldaşı polisə üz tutub və xilasedicilər dərhal axtarışa başlayıblar. Amma təqaüdçünü onlar yox, dördüncü gün cəngəllikdə Wellerə rast gələn bir ovçu xilas edib. “Unilad” portalı yazır ki, Weller dərhal xəstəxanaya aparılıb, müayinə və tövsiyələrdən sonra onu evinə istirahətə göndəriblər.
Hazırladı: Bizimyol.info






