Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ulduz falı: 17 avqust, 2021-ci il – Problemlər tezliklə fürsətə çevrilə bilər
Ulduz falı: 17 avqust, 2021-ci il – Problemlər tezliklə fürsətə çevrilə bilər

Bizimyol.info 17 avqust, 2021-ci il tarixi üçün ulduz falını təqdim edir:

Bu günün gətirdiyi bir çox hadisələri dərhal düzgün qiymətləndirmək çətin olacaq. İlk baxışdan problem kimi görünən şey tezliklə istifadə etmək istədiyiniz bir fürsətə çevrilə bilər. Buna görə də bir iş düzgün getmirsə və ya sadəcə, plana uyğun işləmirsə, əsəbiləşməyə tələsməyin. Bu gün xırda şeylər üzərində mübahisələr ola və əhəmiyyətsiz məsələlər səs-küylə həll edilə bilərlər. Ancaq bu, insanların qarşılıqlı simpatiyasını davam etdirməsinə mane olmayacaq. Tezliklə heç kim əvvəlki mübahisələri xatırlamaq istəməyəcək.

Qoç - Tamamilə yeni işlər götürə bilərsiniz: başqalarına çətin görünən problemləri dərhal anlayırsınız, ciddi səhvlər etmirsiniz. Faydalı tanışlıqlar asanlıqla qurulur. Narahat olacağınız bir şey varsa, o da dəyişkən əhvalınızdır. Hər hansı bir xırda şeyə görə kefiniz pozula bilər. Xoş hadisələrə diqqət yetirməyə, sevinc üçün səbəblər axtarmağa və kiçik çətinliklər haqqında fəlsəfi düşünməyə çalışın.

Buğa - Gün asan başa gəlməsə də, yenə də uğurludur. Yüngül başa gələn qələbələr gözləməyin: çox güman ki, bütün işlərin vaxtında öhdəsindən gəlmək üçün çox əziyyət çəkməli olacaqsınız. Ancaq xüsusi olaraq üzülməyin. Hər hansı qeyri-müəyyən bir vəziyyətdən çıxış yolu tapacaqsınız və hətta bundan faydalanmağıda bacaracaqsınız. Bu gün ürəkaçan xəbərlər və diqqətçəkən təkliflərə sevinəcəksiniz.

Əkizlər - Səbrsiz və inadkarsınız, düşündüyünüz hər şeyi mümkün qədər tez yerinə yetirməyə çalışırsınız. Bu səbəbdən bəzən xoşagəlməz hallar yaranır. Ətrafınızdakı insanlar bəzən sizinlə ayaqlaşa bilmir və davranışınızın motivlərini anlaya bilmirlər. Ancaq bütün anlaşılmazlıqlar yoluna qoyula bilər. Ağlınıza güvənin. Xüsusilə təkcə sizi deyil, yaxınlarınızı da narahat edən çətin məsələlərin müzakirəsini sonraya saxlamaq daha yaxşı olar.

Xərçəng - Yeni işə başlamaq üçün qarşınızda heç bir maneə yoxdur. Bir çox problemlərin həllinin öhdəsindən gələ biləcəyinizi hiss edirsiniz və burada hissiyatınız sizi aldatmır. Təcrübəniz səhvlərdən sığortalanmağa imkan verəcək. Münasibətlərin işgüzar, dostcasına və ya romantik olmasından asılı olmayaraq istədiyiniz bir insanla görüşmək üçün əla bir gündür.

Şir - Çox böyük nəticələrə hesablanmış bir iş üçün yaxşı gündür. Daha əvvəl dirənib dayanan işlərlə məşğul ola bilərsiniz. Bunun üçün təşəbbüs göstərməli olacaqsınız və bunu mütləq vaxtında edəcəksiniz. İşlə bağlı danışıqları yaxşı aparırsınız, fikirlərinizlə hər kəsi maraqlandıra bilərsiniz. Taleyin hədiyyələri mümkündür. Uğur qazanmaq üçün hər fürsətdən istifadə etməyə çalışırsınız və cəsarətli təcrübələriniz uğurlu olur. Ətrafınızdakı insanlar sizə heyranlıqla baxırlar, kimsə ilk baxışdan sizə vurula bilər.

Qız - Günün ilk yarısının tamamilə buludsuz keçəcəyi ehtimalı çox azdır. Güman ki, fikir ayrılıqları var, bəzən sevdiklərinizlə xırda məsələlərə görə toqquşursunuz. Ancaq hər saat vəziyyət yaxşılığa doğru dəyişəcək, sevinc üçün daha çox səbəbləriniz olacaq, yeni imkanlar açılacaq. Günün ortası rəsmi sənədlər tərtib etmək, hökumət təşkilatları ilə əlaqə saxlamaq üçün əlverişli zamandır. Bütün bürokratik əngəlləri tez bir zamanda aşmağı bacaracaqsınız. Axşam əhəmiyyətli məsələlər haqqında danışa, düşüncənizdə olan fikirləri paylaşa bilərsiniz.

Tərəzi – Sizə elə gələ bilər ki, qarşınızda mümkün olmayan heç bir hədəf yoxdur. Və bu həqiqətdən o qədər də yanlış yanaşma deyil: bu gün həqiqətən çox şeyə qadirsiniz. Çətin problemləri tez həll edəcəksiniz, başqalarının çaşıb qaldığı vəziyyətlərdə sürətli həll yolları tapacaqsınız. Fikirlərinizi bölüşməkdən çəkinmeyin. Əzizlərinizlə anlaşılmazlıqlara son qoya, hər kəsin ürəyində olanları başa düşə bilərsiniz. Bir çoxları öz hisslərini və istəklərini çözə biləcək, özlərini daha cəsarətli hiss edəcəklər.

Əqrəb - Vaxt ayırsanız, günün ilk yarısı yaxşı olacaq. Gün düşünülmüş hərəkətlər, balanslı sözlər tələb edir. Xüsusən də mənfi hisslərin təsiri altında olmamalısınız. Ancaq məsləhətlər, o cümlədən də köhnə tanışlar tərəfindən verilərsə, dinləməyə dəyər. Çox vaxt diqqət yetirmədiyiniz şeyləri görürlər. Günün ikinci yarısı bitməmiş işə qayıtmağın, köhnə səhvləri artadan qaldırmağın vaxtıdır. Keçmiş haqqında düşünmək faydalı ola bilər; tez -tez bundan sonra nə edəcəyinizə qərar verməyə kömək edir.

Oxatan - Günün əvvəlində əsəbiləşmək çoz asan olacaql. Hər hansı xırda təfərrüat sizi narahat edə bilər. Hətta köhnə tanışlar da sizi hər zaman düzgün başa düşmürlər və bəzən yeniləri ilə yola getmək ümumiyyətlə mümkün olmur. Ancaq müsbətə doğru dəyişikliklər özünü çox da gözlətməyəcək. Günün ikinci yarısında həyat gözünüzdə gözəlləşəcək, başqaları ilə yola getmək daha asan olacaq. İddialı planları həyata keçirmək üçün əla saatlardır. Yaxınlarınız tərəfindən dəstəklənməsə də, uğur qazandığınız zaman mütləq sevinəcəklər.

Oğlaq - Günün ilk yarısı şübhə və düşüncə qarışıq fikirlərlə keçəcək. Bu, hər hansı bir xırda detala qapılmağın, prinsipcə heç bir əhəmiyyəti olmayan məsələ haqqında uzun müddət düşünməyin asan olduğu zamandır. Bu səbəbdən həqiqətən əhəmiyyətli bir məsələni diqqətdən buraxmaq riski var. Daha sonra çox fərqli bir zaman gələcək. Uğur qazanmaq üçün tez hərəkət etməlisiniz. Çətin bir vəzifənin öhdəsindən mükəmməl gələcəksiniz. Qeyri-adi bir görüş sizdə güclü bir təəssürat yaradacaq, uzun müddət xatırlanacaq.

Dolça - Səbrli olun, bu gün təmkinə böyük ehtiyacınız olacaq. Nəticəni əldə etmək üçün ümumiyyətlə, bir neçə cəhd lazımdır. Heç kim sizə kömək etməsə də, təslim olmayacaqsınız və ümumiyyətlə, yaxşı keyfiyyətlər nümayiş etdirəcəksiniz. Səhər çətin olsa da, zaman keçdikcə vəziyyət yaxşılığa doğru dəyişəcək. Axşama doğru taleyin dəstəyi çox hiss olunacaq. Həyatınızda əhəmiyyətli rol oynaya biləcək vacib bir iş və ya görüş sizi gözləyir.

Balıq – Bu gün üçün ən vacib olanı budur: Təmkin. Bəzən davranışınız ətrafınızdakıları təəccübləndirir: hər hansı bir hadisəyə kəskin reaksiya verməyinizə öyrəşə bilmirlər. Təmkinli olmaqla əvvəllər sizin haqqınızda mənfi fikirdə olanlarda xoş təəssürat yaratmağı bacaracaqsınız. Gün mürəkkəb və vacib işlər görmək üçün əlverişlidir. Başqalarının vaxt itirdikləri vəziyyətlərdə uğur qazanmağın yollarını tez başa düşürsünüz. Tanıdığınız insanların tez-tez məsləhət almaq üçün sizə müraciət etməsi və hətta ona əməl etməsi təəccüblü deyil.

Son xəbərlər
Bütün xəbərlər »