Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ermənilərin törətdiyi tunel qətliamı barədə film çəkildi - Video
Ermənilərin törətdiyi tunel qətliamı barədə film çəkildi - Video

Tunel qətliamı barədə çoxları eşitməyib. Əslində qaniçən ermənilərin xalqımıza qarşı etdikləri amansızlıq, vəhşilik o qədər çox olub ki, yazmaqla, deməklə bitmir, çox vəhşiliklərinin şahidlərini məhv ediblər, qanı, haqqı unudulanlar kim bilir neçə yüzlərlədir.

Bu film 1993-cü il martın 31-də Kəlbəcərdəki tunel ərazisində erməni silahlı dəstələrinin pusquya salaraq qətlə yetirdiyi soydaşlarımızın xatirəsinə həsr olunub. Yük maşınlarına dolaraq Kəlbəcərin kəndlərini bir-bir işğal edən Livandan gəlmiş PKK terrorçusu Monte Melkonyanın zülmündən qaçırdı. O gün baş verən faciəni filmin qəhrəmanları, o günün sağ qalmış şahidləri danışırlar. 28 il sonra yenə göz yaşları içərisində. Lakin bu dəfə azad edilmiş Kəlbəcərdə.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »