Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Günün ulduz falı: 24 aprel, 2021
Günün ulduz falı: 24 aprel, 2021

Bizimyol.info qoroskop həvəskarlarına 24 aprel, 2021-ci il tarixi üçün ulduz falını təqdim edir:

Günün əvvəlində ağılsız hərəkətlərdən çəkinməlisiniz. Bir çoxları tələsik mühakimələrə meyllidirlər, üstəlik, insanlar tez-tez öz illüziyalarını əsas tutaraq aşkar həqiqətlərə göz yumurlar. Sağlam düşüncəyə istinad edərək ciddi səhvlərdən qaçmaq olar. Günortadan sonra vəziyyət daha sadə olacaq. Bu, köhnə və yeni tanışlarla ünsiyyət üçün əlverişli bir dövrdür; ortaq dil tapmaq asan olacaq. Uzun bir əməkdaşlıq, dostluq və ya romantik münasibətlərin başlanğıcını qoyacaq görüşlər mümkündür.

Qoç - Uğurlu bir gündür, ünsiyyət üçün yaxşıdır. Görüşlər yaxşı keçəcək, ilk dəfə gördüyünüz insanlarla da rahat şəkildə ünsiyyət qura bilərsiniz. Yeni bir tanışlıq uzun bir dostluğa çevrilə bilər. Çox məmnun qalacağınız gözlənilməz səfərlər mümkündür.

Günün birinci yarısı sizə işdə uğur qazanma şansı verir, ikinci yarısı yaxşıca istirahət edib gücünüzü bərpa etməyə imkan verəcək. Həm də bu dəfə yaradıcılıq üçün əlverişlidir. Mükəmməl fikirlər ortaya çıxacaq, dostlar və digər yaxın insanlar onların həyata keçirilməsində həvəslə kömək edəcəklər.

Buğa - Cazibədarsınız və başqalarının rəğbətini asanlıqla qazanırsınız. Bu cəhətiniz tez-tez işdə kömək edir. Çətin ki, kimsə istəklərinizə rədd cavabı versin və ya sizinlə mübahisə etmək istəsin. Bəzi köhnə münaqişələrə son qoymaq, əvvəllər qarşılıqlı anlaşma əldə edə bilmədiyiniz insanlarla münasibət qurmaq şansınız olacaq.

Günortadan sonra maliyyə məsələləri üçün yaxşı vaxtdır. Pulla riskə getməyəcəksiniz, xırda şeylərə çox xərcləməyəcəksiniz, amma ehtiyacınız olduğu zaman da qənaət etməyəcəksiniz.

Əkizlər - Uğurlu gündür, praktik problemləri həll etmək üçün əlverişlidir. Həm tanış problemlər, həm də yeni maneələrlə qarşılaşdırqda başarılı olacaqsınız. Bununla yanaşı, qərarlara vaxt ayırmaq vacibdir. Tələskənlik nəticəsində sonradan peşman ola biləcəyiniz sözlər deyə və ya hərəkətlər edə bilərsiniz.

Əkizlərin çoxu əvvəllər qazandıqları təcrübədən faydalanacaqlar. Onun sayəsində bürcün nümayəndələri hədəfə bir yol tapacaq və başqalarını çaşdıran məsələləri həll edəcəklər. Sevdiklərinizlə münasibətlər xoşagələndir: xoş anlar çox olacaq, anlaşılmazlıqlar olmayacaq. Günortadan sonra romantik görüşlər üçün əlverişli saatlardır.

Xərçəng - Gün kifayət qədər gərgin, lakin məhsuldar olacaq. Başa çatdığını düşündüyünüz köhnə işlərə qayıtmalı ola bilərsiniz. Bürcün bəzi nümayəndələri bu vəziyyətdən narazı qalacaqlar. Bununla yanaşı, indi başladığınız işi tamamlaya və gözlədiyinizdən daha yaxşı nəticələr əldə edə bilərsiniz.

Şəxsi münasibətlər ahəngdar şəkildə inkişaf edəcək, yaxınlarınızla yaxşı münasibət quracaqsınız. Köhnə dostlarla görüş və ya romantik bir görüş üçün uyğun gündür. Başqalarının gizli istəklərini rahatlıqla təxmin edirsiniz. Təvazökarlıq və incəlik ziddiyyətli vəziyyətlərdən qaçmağa imkan verəcək.

Şir - Bu gün ürəyinizi çox yükləyə bilərsiniz. Başqa vaxt əhəmiyyət vermədiyiniz bir şeydən narahat ola bilərsiniz. Bu, xüsusilə şəxsi münasibətlər sahəsində nəzərə çarpacaq; şübhəyə, incikliyə meylli olacaqsınız. Faydalı və maraqlı bir iş görən kimi əhvalınız dərhal yaxşılaşacaq. Bu gün yalnız bilik və bacarıq deyil, həm də ixtiraçılıq tələb edən işlərdə uğur qazanacaqsınız.

Günortadan sonra xoş xəbərlərlə sevinəcəksiniz. Həm şəxsən özünüzlə, həm də yaxınlarınızla bağlı olan yaxşı xəbərlər ala bilərsiniz.

Qız - Günün əvvəlində xoşagəlməz anlar mümkündür, fikir ayrılıqları və mübahisələr istisna edilmir. Lakin müsbət tendensiyaların təsiri genişlənəcək, əhval-ruhiyyəniz sürətlə yaxşılığa doğru dəyişəcək. Biznes təklifləri istisna edilmir. İntuisiyanız sizə çox da tərəddüd etmədən qəbul etməli olduğunuz təklifləri nişan verəcək.

Günortadan sonra şəxsi münasibətlər baxımından əlverişlidir. Ulduzlar sevgi məsələlərində Qız bürcünə dəstək olacaq. Romantik sürprizlər mümkündür. Bürcün bəzi nümayəndələrinin çoxdan gözlədikləri görüş baş tutacaq. Axşam gələcəklə bağlı qərarlar vermək üçün əlverişli zamandır.

Tərəzi - Parlaq, hadisələrin bol olacağı bir gündür. Çox yaxşı ideyalar gətirəcək. Bəziləri dərhal reallaşa bilər, bəziləri gözləməli olacaq. Bir çox Tərəzilər qazandıqları təcrübə sayəsində anlaşılmaz vəziyyətlərdə düzgün qərarlar verəcəklər və ciddi səhvlərdən yan keçə biləcəklər. Etibar etdiyiniz şəxslərdən öyrənməyə çalışın. Ətrafınızda suallarınızı cavablandırmağa hazır olan insanlar var.

Dostlarınızla və ruhən yaxın olan digər insanlarla ünsiyyət qurmağınız sizə sevinc gətirəcək. Cəsarətli fikir və planları müzakirə etmək üçün əla bir gündür. Çətin vəziyyətdə olan və hara gedəcəyini bilməyən insanlara böyük məsləhətlər verəcəksiniz.

Əqrəb - Günün başlanğıcı olduqca gərgin keçəcək. Eyni anda bir neçə işlə məşğul olmalısınız, unutqanlıq və ya çaşqınlıq riski var. Ətrafınızda səhvləri vaxtında göstərə biləcək insanlar varsa, yaxşıdır; ağıllı məsləhətlərə qulaq asmalısınız.

Günorta sonra yaxşı olacaq. Əvvəllər çox enerji sərf tdiyiniz çətin işləri başa çatdırmaq üçün doğru zamandır. Bəzi çətin məsələləri həll etmək, əvvəllər çoxlarını düşündürən vəzifələrin öhdəsindən gəlmək şansı olacaq. Dostlar və yaxın tanışlar hər işdə həvəslə kömək edəcəklər.

Oxatan - Pul, vacib sənədlər və qiymətli əşyalarla diqqətli olun. Bu gün qeyri-ciddiliyə və diqqətsizliyə meyllisiniz, bir şey itirə və ya unuda bilərsiniz. Günün qalan hissəsi uğurlu olacaq. Uzun müddətdir qoyulmuş hədəflərə çatmaq, əvvəllər düşündüyünüz planı həyata keçirmək şansınız yaranacaq.

Dostlar və tanışlarköməyini əsirgəməyəcək. Fikirlərinizi bir çox insanlar bəyənəcək və onların həyata keçirilməsində iştirak etmək istəyənlər olacaq. İntuisiyanız münasibət qurmağın xoş olacağı müttəfiqlər seçməyinizə kömək edəcək. Gözlənilməz bir görüş gözəl bir romantik hekayəyə çevrilə bilər.

Oğlaq - Günün başlanğıcı çox uğurlu və faydalı olacaq. Özünüz və başqaları üçün çox faydalı işlər görəcəksiniz. Bürcün bəzi nümayəndələri əvvəllər buraxdıqları səhvləri düzəldə biləcəklər. Konsentrasiya, detallara diqqət tələb edən işlər görmək sizin üçün asan olacaq. Eyni işi uzun müddət görmək məcburiyyətində qalsanız da, diqqətinizi yayındırmayacaq və darıxmayacaqsınız.

Günün ikinci yarısı yaxınlarınıza qayğı göstərməyə, sizin üçün əziz olan insanlarla ünsiyyətə həsr olunacaq. Romantik münasibətlərdə yaxşılığa doğru dəyişikliklər ola bilər. Sevdiyiniz insanı məmnun etmək üçün bir fürsətiniz olacaq və onu əldən verməyəcəksiniz.

Dolça - Maraqlı, uğurlu, lakin çox gərgin bir gündür. Diqqətinizi cəmləşdirmək çətin olacaq, daim dağınıq, qarışıq olacaqsınız. Amma bu barədə çox da narahat olmayın; ciddi səhvlərə yol verməyəcəksiniz.

Axşam işdə uğurlar və uzaqdan yaxşı xəbərlər vəd edir. Bəzi ailə tədbirləri, qohumlarla görüşlər üçün əla vaxtdır. Uyğunlaşmaq asan olacaq, narazılıqlar üçün səbəb olmayacaq.

Balıq – Bu gün təkbaşına hərəkət etmək başqaları ilə əməkdaşlıqdan daha asan olacaq. Uzun müzakirələrdən, müxtəlif variantları müqayisə etməkdən, uzlaşma tapmaqdan qaçacaqsınız. Yalnız özünüzə güvəndiyiniz zaman özünüzü daha azad hiss edirsiniz və heç kim diqqətinizi yayındıra bilmir. Ancaq bu, yalnız bizsnes sahəsinə aiddir.

Şəxsi münasibətlərdə müsbət tendensiyaların təsiri nəzərə çarpır. Sevdiklərinizlə yaxşı münasibət quracaqsınız. Yəqin ki, çox tərəddüd etmədən razılaşacağınız və peşman olmayacağınız təkliflər alacaqsınız.

Son xəbərlər
Bütün xəbərlər »