Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Xankəndi sakinləri Paşinyanın arvadının Yeni il şənliyindən imtina edib - Video
Xankəndi sakinləri Paşinyanın arvadının Yeni il şənliyindən imtina edib - Video

Dekabrın 25-də Xankəndidə mehmanxanaların birinin həyətində Yeni il şənliyi üçün çadır qurulması qalmaqalla nəticələnib. Sakinlər çadırın və yolkanın sökülməsini tələb ediblər.

Bizimyol.info xəbər verir ki, məsələdən hamıdan əvvəl fotoqraf David Qəhrəmanyan xəbər tutub. Ona təşkilatçılar zəng vuraraq, tədbirin foto çəkilişini üzərinə götürməsini istəyiblər. Qəhrəmanyan təklifdən imtina edib. Fotoqraf öyrənib ki, tədbirin təşkilatçısı Ermənistanın baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyanın təsis etdiyi “Mənim addımım” fondudur.

Nikol və Anna Paşinyan Nikol və Anna Paşinyan

“Hələ beş gün əvvəl tanışlar demişdi ki, Anna Akopyan burada konsert proqramı təşkil etməyi planlaşdırır. Mən onda xəbəri ciddiyə almamışdım. Amma dünən İrəvandan zəng vurdular ki, iki günlük konsert nəzərdə tutulub. Təşkilatçılarla bağlı hər şeyi dəqiqləşdirdim. İndi bunun yeridirmi? Valideynlər matəm içindədir. İnsanları ələ salırlar. Şəxsən mən Anna Akopyanın bura gəlməsinin əleyhinəyəm”.

Xankəndi Xankəndi şəhəri

Konsert proqramının 26-27 dekabr tarixlərində keçirilməsi nəzərdə tutulmuşdu. Buna mane olmaq üçün etiraz aksiyası keçirilir. Yolkanın artıq söküldüyü bildirilir.

Son xəbərlər
Bütün xəbərlər »