Rusiya özünün ən “yumşaq” qışlarından birini keçirir. Ölkənin əksər hissəsi hələ də qar görməyib. İnsanlar ağ örtüyə o qədər həsrət qalıb ki, ölkənin bir hissəsindən digərinə qar daşınır.
Bizimyol.info xəbər verir ki, Rusiya baş naziri Dmitri Medvedev üçün də qar təşkil olunub. Onun Plyos şəhərindəki imarətinin həyəti ağ örtüyə bürünüb. Halbuki şəhərin yerləşdiyi İvanov vilayətində, ümumiyyətlə, qar yağmayıb.

Sosial şəbəkələrdə baş nazirinin imarətinə “qar yağdırılması” rişxəndlə qarşılanıb. Uzaqdan da olsa, fotolar paylaşılıb. Ümumilikdə belə davranış tənqid olunub. Rəylərdən birində “qar yoxdur, amma siz yenə də dözümlü olun” yazılıb.






