Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
21-ci əsrin Robinzonu: Keçmiş milyonçu 26 ildir adada tək yaşayır - Fotolar

Hər kəsin xoşbəxtlik anlayışı fərqlidir. Avstraliyada doğulan Devid sivilizasiyadan uzaq qaçmaqla xoşbəxtliyini tapıb.

Bizimyol.info xəbər verir ki, Sidney sakini 26 ildir Robinzon həyatı sürür. Keçmiş milyonçu adada pulsuz və insanlarsız yaşayır.

David Gleshin

Devidin həyatı 1987-ci ildə dəyişib. O, birjada hər şeyini itirib. Bundan sonra həyata fərqli baxmağa başlayıb. Zimbabveli qadınla tanışlıq isə yeni ideya ortaya çıxarıb. Məhz afrikalı ona uzaq adaya köçməyi məsləhət görüb.

Devid icarəyə ada götürür. Qadınla birlikdə ora köçürlər. Amma zimbabveli sivilizasiyadan uzaq çox duruş gətirmir. Devid adada tək yaşamağa başlayır.

David Gleshin

Devidin saçı-saqqalı ağarıb. İndi ona Kvazi adlı it yoldaşlıq edir. Avstraliyalı balıqlarla, dəniz canlılarıyla qidalanır. Xüsusi içki hazırlamağı sevir. Hərdən insanlar da gözə dəyir. Balıqçılar, səyyahlar ona baş çəkir. Devid qonaqpərvər davranır.

Son xəbərlər
Bütün xəbərlər »