Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Gömrük Komitəsi ilə Azərpoçt-un şübhəli işbirliyi

Azərbaycan İnternet Fforumunun Prezidenti hər iki qurumu ittiham ettdi

Elektron ticarətlə sifariş edilən mallar vətəndaşlara doğru-düzgün çatdırılmır. Bununla bağlı öz faysbuk hesabında Azərbaycan İnternet Forumunun Prezidenti Osman Gündüz yazıb. Ekspertin sözlərinə görə, Dövlət Gömrük Komitəsi və Azərpoçt MMC bu məsələnin həlli üçün hələ də normal mexanizm qura bilməyiblər. Osman Gündüz bunu utancverici hal adlandırıb. O yazıb ki, dünən bu qurumarın iş metodları ilə tanış olub və görüb ki, hətta şəxsi məqsədlər üçün sifariş olunan, gömrük rüsumu ödənilməsinə lüzum olmayan bağlamanı aımaq üçün də Poçt Daşıma Mərkəzinə və Droqal 702 ünvanına getmək lazm gəlir.

O yazır ki, gömrük işçiləri bəzi hallarda malın bağlamanın üstündə yazılan dəyəri ilə içində göstərilən dəyəri arasənda fərq aşkarlandığını deyirlər. Budan başqa elə hallar da olur ki, bəyannamədə bir mal yazılmış olur, bağlamanın içindən isə tamamilə başqa bir şey çıxır. Ona görə də bütün bağlamaların hamısını açıb yoxlayırlar. Ekspert hesab edir ki, Azərpoçt MMC-nin vətəndaşın şəxsi məqsədlə sifariş etdiyi malı da gömrük orqanlarına yönləndirməsi anlaşılmazdır; hansısa şirkətin malın dəyərini gozlətmək cəhdinə görə adi, heç dəxli olmayan vətəndaşlar da əziyyət çəkir. Osman Gündüz yazır ki, Azərpoçt MMC bütün malları gömrük orqanlarına yönləndirəcəksə, vətəndaşlar şəxsi məqsədlər üçün gətirtdiyi malları da gedib Gömrük Postundan alacaqsa, Azərpoçt o zaman nəyə lazımdır?! Osman Gündüz yazır ki, Dövlət Gömrük Komitəsi və Azərpoçt MMC şəffaf bir sistem qura bilməyiblər: “DGK şəxsi məqsədlə gətirilən malların asan və rahat əldə edilməsi üçün onlayn inkanlar yaratmalıdır.Kommersiya məqsədi ilə gətirilən malların aşkara çıxarılması üçün indiyədək də normal bir mexanizmin yaradılmaması təəssüf doğurur”.

Sonda ekspert bu məsələdə korrupsiya ola biləcəyi ehtimalına da işarə vurub: “Buradakı gömrük qurumunun əvvəlki rəhbərliyi və bir neçə əməkdaşı da korrupsiyaya qarşı mübarizə qurumu tərəfindən saxlanılmışdı. İstintaqın nəticəsi haqqında məlumat verilməyib”

Son xəbərlər
Bütün xəbərlər »