Çempionalar Liqasında gözlənilmədən uğursuzluğa uğrayan “Barselona” böyük dəyişiklik astanasındadır. Klub 10 futbolçusunu satır.
Bizimyol.info xəbər verir ki, məşhur “As” nəşri bu haqda yazıb. İspaniya qəzetinin iddiasına görə, heyətin az qala yarısın komandanı tərk edəcək. Əsas heyət oyunçularından Filip Koutinyo, Samuel Umtiti və İvan Rakitiç klubdan gedir. Rakitiçin gedəcəyi yer də müəyyən mənada məlumdur. Xorvat futboçu ilə “İnter” ciddi maraqlanır. İtaliya klubu onun üçün 60 milyon avro ödəməyə hazırdır.
Liverpul-Barselona qarşılaşmasından kadr | Foto: Oli Scarff / AFPUyğun olaraq “Sassuolo” və “Vilyarreal”da icarə müqaviləsi ilə oynayan Kevin-Prins Boatenqlə Ceyson Murilyo da daha “Barselona”ya lazım deyil. Mövsümün çox hissəsini zədəli olan Tomas Vermalen də gedir.
Bundan başqa, yalnız kubok oyunlarında meydanda görünən qapıçı Yasper Sillesen, Denis Suares, Malkom və Rafinya Alkantara gələn mövsüm “Barselona”da forma geyinməyəcək.
Ernesto ValverdeBaş məşqçi Ernesto Valverdenin də taleyi, demək olar, məlumdur. “Barselona” mövsüm bitən kimi onunla yollarını ayıracaq. Mütəxəssisə heç kompensasiya da ödənməyəcək.
Ronald Kuman | Foto: Sky SportsBöyük ehtimalla, klubun sükanı arxasına holland Ronald Kuman keçəcək.






