1. Ətraf mühitdən uzaqlaşmaq..
Bunun evlərin ölçüsüylə əlaqəsi olmasa da, daima təhlükə və terror qorxusuyla yaşayan cəmiyyətdən uzaqlaşmaq üçün səfalı yerlərdə belə evlərin tikilməsinin asan olduğunu nəzərə alırlar. Siz təbiətin qoynunda yaşaya bilər, özünüz üçün xüsusi insanlardan ibarət cəmiyyət qura bilərsiniz. Bu evlərdə əsas prinsip rahatlıqdır, göstəriş deyil.
2. Bu evlər ekonomikdir.
Bu evləri tikmək üçün siz bu günə qədər yığdığınız bütün pulları xərcləməli, kredit götürməli olmursunuz. Bir neçə min dollara tikilməsi mümkün olan kotec tipli xudmani evlərdə sizin rahatlığınız üçün vacib olan əsas şeylər var.
3. Sadəlik hər zaman gözəldir.
Belə evlər insanın psixologiyası və əhvalına da birbaşa təsir edir. Bu cür sadə evlərdə yaşadıqda, hadisələri çətinləşdirmək və dramatikləşdirmək ehtiyacı hiss etmirsiniz. Hər bir mürəkkəbliyin bir sadə çıxış yolu olduğuna inanmağa başlayırsınız.
4. Daha azad, daha xoşbəxt.
Siz öz evinizi asanlıqla inşa etdikdən sonra, bunun azadlığını və xoşbəxtliyini hiss edəcəksiniz. İnsanın yaratmaq eşqi onu xoşbəxt etməyə qadirdir. Bu cür xudmani evlər də bizə yaratmağın fəlsəfəsini dərindən hiss etmək imkanı yaradır.
pahoo.az






