Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Müxtəlif ölkələrin fərqli çay içmə ritualları
Çay haqqında uzun-uzadı danışmaq olar. Bu əfsanəvi içki əsrlər boyu insanların ən sevimli içkisi olmuş, müxtəlif mədəniyyətlərin ayrılmaz hissəsinə çevrilmişdir. Şərq müdriklərinin də dedikləri kimi, çaydan daha vacib şey ancaq çayın hazırlanma prosesi ola bilər. Azərbaycanlıların armudu stəkanda pürrəngi çayı sevməsi qədər, digər ölkələrin də bu mövzuda maraqlı seçimləri var. Bu gün Pahoo.az sizə müxtəlif ölkələrin çay adətlərindən danışmaq qərarına gəldi.

İngiltərə

Britaniyalılar dünyanın ən çox çay içən millətlərindən biridir. Bu içkinin Böyük Britaniyadakı populyarlığını ən yaxşı göstərən hadisə, baş nazir postuna namizədin məşhur frazasıdır; deyirdi ki, o da digər sadə ingilislər kimi bir çay paketindən iki dəfə istifadə edir. Bu frazası sayəsində siyasətçinin reytinqləri dərhal qalxmış və o seçkilərdən qalib kimi çıxmışdı. Daha ciddi danışsaq, ənənəvi ingilis çayiçmə ritualı stolda süd olmadan mümkün deyil. Ən məşhur çayları isə heç şübhəsiz ki, Earl Grey’dir.

Fransa

Fransada kofenin olduqca məşhur olmasına baxmayaraq, burada həm də çay sevirlər. Adətlərdən danışdıqda, ənənəvi klassik “Paris çayı”ndan kənar keçmək olmaz. Bu çay qara çay, portağal şirəsi, limon qabığı, muskat və şəkərdən ibarət olur. Konyaksız isə mümkün deyil! Bir pors çaya 4 qaşıq konyak əlavə edilir. Soyuq qış axşamları üçün ideal içki alınır.

Yunanıstan

Yunanıstanda hər şey var! Yunanlar üçün bu içki çox da aktual deyil. Lakin tamamilə yox, ellinlilərin bəzilərinin arasında dağ otlarından hazırlanmış “yunansayağı dağ çayı” olduqca məşhurdur. Yerlilər bu çayın müalicəvi xüsusiyyətləri olduğundan əmindirlər və gələn turistlərə də bunu tövsiyə edirlər.

Tayland

Tayland turistləri öz zəngin və rəngarəng mədəniyyətiylə təəccübləndirməkdən yorulmur. Buradakı çay da xüsusidir. Əgər sizin üçün içində buz olan hündür stəkan gətiriblərsə, təəccüblənməyin. Taylandda çayın təqdimatı məhz bu formada edilir. Müxtəlif ədviyyatların əlavə edildiyi tünd çaya süd və qaymaq da qatılır. Taylandsayağı soyuq çay təkcə susuzluğu aradan qaldırmır, həm də dözülməz istidən xilas edir.

Rusiya

Rusların çaya münasibəti olduqca xüsusidir. Samovar çayı ənənəsi hələ indiyə kimi qalmaqdadır. Burada qara çayı limonla içməyə daha çox üstünlük verirlər. Ümumilikdə götürdükdə, ruslarla azərbaycanlıların çay adət-ənənələri çox oxşardır. Onlar da bizdə olduğu kimi, çayı müxtəlif şirniyyatlarla içməyi çox sevirlər.

Amerika

Amerikanın çay ənənələrindən danışdıqda, insanın ağlına dərhal Boston çayiçmə ritualı gəlir. Lakin ümumilikdə Amerikanın çay ənənələrindən danışsaq, deyə bilərik ki, amerikalılar çayı buzla, soyuq formada içməyi üstün tuturlar. Soyuq çaya zövqlərinə görə müxtəlif siroplar və meyvələr də əlavə edirlər. Kofenin populyarlığına baxmayaraq, yay aylarında soyuq çaya da çox böyük tələbat olur.

Son xəbərlər
Bütün xəbərlər »