Böyük Britaniyada yaşayan Ceyd Harris 11 il pis eşitmədən şikayət edib. Bu qədər müddət sonra onun qulağında güllə qalması məlum olub.
Bizimyol.info “Daily Mail” qəzetinə istinadən xəbər verir ki, Harris yalnız keçən il həkimə müraciət edib. Sağ qulağına su gedən qadın xəstəxanaya gedib. Həkimlər onun sol qulağını da müayinə ediblər. Elə bu zaman yad əşya aşkar olunub. Həkimlər tozsorana bənzər ləvazimatla plastik gülləni qadının qulağından çıxarıblar.
Ceyd kürrəcik şəklindəki gülləni görəndə bunun ora necə düşməsini xatırlayıb: “11 il əvvəl bizə qonaq gələndə evdə oyuncaq tapançalarla əylənməyə başladıq. Bir məqamda hiss etdim ki, güllə əvvəlcə stəkana, sonra isə qulağıma dəydi. Mən onda güllənin yerə düşdüyünü düşünmüşdüm”.
Harris bu illər ərzində möhkəm danışmağa vərdiş edib. O, hətta evdə televizora da yüksək səslə baxırmış. Ceyd “öz dediyimi özüm eşitmirdim” söyləyir. Onu daha çox ətrafındakıların reaksiyası incidirmiş.
Ceyd indi özünü çox yaxşı hiss edir. Qız hətta səs-küylü məclislərdən də uzaq qaçmağa başlayıb.






