“Əgər Siz adi adamsınızsa, uşaqlıqda deyiblər ki, sənə genetik ötürülmüş beyinlə yaşamalısan və uğur qazanmaq üçün çox işləməlisən. Ancaq bu, yalandır” deyə Deyv Eespri bildirir. Bulletproof şirkətinin qurucusu və baş direktoru olan bu şəxs öz bloqunda geniş izahat və məlumat verir. O deyir ki, bir vaxtlar tərkibində çoxlu yağ olan qidalar yeməkdə davam edib və idmanla da məşğul olmayıb, buna baxmayaraq 45 kilo çəki ata bilib. Üstəlik beyni daha yaxşı işləməyə başlayıb. Adam sutkada 5 saat yatır. Espri ənənəvi həyat tərzini inkar edir, ondan nümunə götürməyə çağırır. O, yazdığı 5 kitabda və sosial şəbəkələrdə öz həyat tərzi nümunələrində məsləhətlər verir və bioloji hakinqin bir elm olduğunu deyir, salamat qalsa (hər hansı qəza olmasa), 180 il təbii ömür sürəcəyini iddia edir. Espri dayanmadan öz üzərində yeni-yeni eksperimentlər aparır, diz sümüklərindən ilik çıxarıb başına köçürməklə, öz üzərinə infraqırmızı şüalar buraxmaqla, buz parçaları ilə dolu vannada uzanmaqla, həddən çox yağlı qida qəbul etməklə və sair ad çıxarıb. Bu ekspermentləri təkrarlayanlar və elə nun özü heç də bu eksperimentlərdən həmişə müsbət nətic almayıb. Həkimlər biohakinqin əleyhinə çıxırlar. Ancaq Eespri öz inadından dönmür.






