Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Uranı internet elanı vasitəsilə satışa çıxardı, həbs olundu

Uran təhlükəli radioaktiv maddədir. Amma bunu heç də hamı bilmir.

Bizimyol.info xəbər verir ki, Yaponiya vətəndaşı uranı internetdə satmağa cəhd göstərib. Həmin adam sosial şəbəkədə elan yerləşdirib. Çox insan bunda problem görməyib. Amma atom energetikası sahəsində çalışan yerli məmurlardan birinin elan dərhal diqqətini çəkib. Mütəxəssis vaxt itirmədən polisə məlumat verib. Satıcını həbs ediblər.

Düzdür, satıcının əlində zəifləşdirilmiş uran olub. İzah üçün yazaq ki, bu növ radioaktiv maddə təbii uran qədər təhlükəli deyil. Buna baxmayaraq, həmin adama zərər vurmaq gücündədir.

Uran satmaq istəyən adam bunu elə internetdən əldə etdiyini deyir. Guya xarici portallardan birində elan görəndən sonra almaq qərarı veribmiş.

Qeyd edək ki, uran maddəsi nüvə silahlarının hazırlanmasında istifadə edilir.

Son xəbərlər
Bütün xəbərlər »