Rusiya təkcə Moskva və Sankt-Peterburqdan ibarət deyil. Ölkəsinin ən yaxşı portret cizgilərini həm də fotoqraf Saşa Qrom yaradır.
O, meqapolislərdən uzaq şəhərlərdə, qəsəbələrdə, kəndlərdə çox yaxşı fotolar çəkir. Bizimyol.info Qromun fotolarından bəzisini sizə təqdim edir.
Kazan, Tatarıstan / Foto: Saşa QromSaşa Rusiyanın az qala hər bölgəsində olub. Fotoqraf deyir ki, onun obyektivinə uyğun yaşayış məskənləri çoxdur.
Kazan, Tatarıstan / Foto: Saşa QromAmma Qrom daha çox Tatarıstanı xoşlayır. Fotolarından xeylisi bu respublikanın paytaxtı Kazanda çəkilib.
Pyatiqorsk / Foto: Saşa QromKiçik ərzaq mağazaları, ağacdan evlər, həyətdə oynayan uşaqlar, skameykada əyləşən yaşlı qadınlar, dükanlar – bunların hamısı rusiyalı fotoqrafın sevimli mənzərələridir.
Kazan, Tatarıstan / Foto: Saşa QromSanki illər ərzində heç nə dəyişməyib: “Mən yerləri eybəcər şəkildə göstərmək istəmirəm. Çalışıram ki, onları xoş qiyafədə təqdim eləyim”.
Kazan, Tatarıstan / Foto: Saşa QromQrom mümkün qədər Rusiyanın gerçək üzünü göstərməyə çalışır.
Kazan, Tatarıstan / Foto: Saşa QromYəqin şəkillərə baxanda əşyalarınızı yığıb bu kiçik şəhərlərə, qəsəbələrə getmək istəyəcəksiniz.
Kazan, Tatarıstan / Foto: Saşa QromBəzi mənzərələr kədərli görünsə də, həm də gerçək romantika qoxuyur.
Ufa, Başqırdıstan / Foto: Saşa QromSatıcısı pişik olan mağaza.
Kazan, Tatarıstan / Foto: Saşa QromBurada da alıcıları əvvəlcə pişiklər qarşılayır.
Kazan, Tatarıstan / Foto: Saşa QromGörünür, alıcı öz ölçüsünə uyğun paltar tapa bilmir.
Kazan, Tatarıstan / Foto: Saşa QromRusiyanın qəsəbələrində tez-tez rastlaşacağınız tipik mənzərə.
Qlazov, Udmurtiya / Foto: Saşa QromFotoqrafa yönəlmiş baxışlara diqqət!
Kazan, Tatarıstan / Foto: Saşa Qrom24 saat işləmək yoxsa yatmaq?
Kazan, Tatarıstan / Foto: Saşa Qrom





