Çində qəzəbli bir sürücü avtomobilini park etdiyi yerdən çıxara bilməyib və park edilən maşınları vuraraq özünə yol açıb.
Qəzəbli sürücü avtomobilinin ətrafına park edilən maşınların arasından çıxmaq üçün digər maşın sahiblərini gözləmək əvəzinə qaza basıb. Park edilən bir avtomobili vuraraq özünə yol açan sürücü daha sonra arxasına belə baxmadan hadisə yerindən uzaqlaşb.
Sosial mediada paylaşılan bu görüntülər Çində son günlərin ən çox izlənən video materiallarından biri olub. (Moderator.az)






