Peruda ağıllara durğunluq verən tibbi bir hadisə baş verib.
Professional olaraq dalgıçlıq edən 56 yaşlı Alixandro Ramosun su altında başına gələnlər bədənini və həyatını tamamilə dəyişdirib.
Dörd il əvvəl su altında olarkən təmiz hava borusu bir yük gəmisi tərəfindən qoparılan dalğıç gözünü xəstəxanada açıb. Bədənində, xüsusən çiyin və sinə hissəsində normal olmayan şişkinlik əmələ gəlməyə başlayıb.
Zaman içində böyüyən şişlərə görə şiddətli ağrılar çəkən Ramos üçün səfərbər olan həkimlər onun dərdinə bir çarə tapa bilməyib.
Bizimyol.info Moderator.az-a istinadən sözügedən şəxsin görüntülərini oxuculara təqdim edir:






