Gürcüstanlı jurnalist, media eksperti Ramilə Əliyeva: "Süni intellektin lisenziyalaşdırılması qaçılmaz olacaq"
Bakıda Azərbaycan-Gürcüstan Media Forumu keçirilib. Forum iştirakçılarından gürcüstanlı jurnalist, media eksperti Ramilə Əliyeva deyib ki, süni intellekt ənənəvi medianın əhəmiyyətini artıracaq: "İrəlidəki illərdə süni intellektin lisenziyalaşdırılması qaçılmaz olacaq".
Gürcüstanlı jurnalist, media eksperti Ramilə Əliyeva deyib ki, ChatGPT öz daxilində tənzimləmələrə başlayıb: "Bəzi hallarda süni intellekt nəzarətdən çıxır".
Ramilə Əliyeva bildirib ki, Gürcüstan mediası süni intellektdən geniş istifadə edirlər: "Süni intellektin müsbət tərəfləri ilə yanaşı, mənfi tərəfləri də var. Gürcüstan üçün sosial şəbəkələrdə saxta xəbərlərin yayılması əsas problemdir".
Media eksperti sosial şəbəkə platformalarında lisenziyalı fəaliyyətə toxunub və sosial medianın zərərlərinin neytrallaşdırılmasının vacib olduğunu bildirib.
Seyid Əhmədli, Bizimyol.info