WUF - Ümumdünya Şəhərsalma Forumu bitdi. Bu, deyildiyi kimi, COP29-dan sonra Azərbaycanda keçirilmiş ikinci ən böyük beynəlxalq tədbirdir.
APA-nın dərc etdiyi təhlildə deyilir: "176 ölkədən 57 mindən çox iştirakçının qatıldığı WUF13-ün tarixində ən genişmiqyaslı sessiya kimi yadda qaldı. Bu forum təkcə miqyası ilə deyil, siyasi, humanitar və strateji əhəmiyyəti ilə də xüsusi önəm daşıyır. COP29-dan sonra Azərbaycanda keçirilən ikinci ən böyük beynəlxalq tədbirin məhz Bakı tərəfindən uğurla təşkil edilməsi ölkəmizin qlobal platformalarda artan rolunu nümayiş etdirdi. Bakı bir daha beynəlxalq həmrəyliyi, çoxtərəfli əməkdaşlığı və sivilizasiyalararası dialoqu təşviq edən mühüm mərkəz kimi çıxış etdi" .
Bu Forumda bir neçə maraqlı yenilik var idi; Azərbaycan mühüm ilklərə imza atdı.
Bunlardan birincusi, əlbəttə, yüksək təşkilatçılıq səviyyəsidir. Azərbaycan indiyə qədər bir neçə belə qlobal əhəmiyyətli tədbirə ev sahibliyi edib, ancaq Azərbaycanın uğurunu heç bir başqa ölkə təkrarlaya bilməyib. Bu, şişirtmə deyil, faktdır. COP29-dan sonra COP30 Braziliyada keçirildi. Braziliya isə heç də kiçik ölkə deyil, Latın Amerikasının lider ölkəsi olmaqla yanaşı, qlobal prosesıərə də təsiri olan ölkədir. Həm ərazi, həm əhali, həm iqtisadi inkişaf baxımından kifayət qədər böyük dövlətdir. Ancaq Braziliyada COP29-un uğurinu təkrar edilmədi. Azərbaycanda elə hesab edilmir ki, bu cür mühüm tədbirləri hazırlamaq təkcə təşkilat komitsinin işidir. Əksinə dövlət, cəmiyyət, media olaraq bütün resurslar bir məqsədə yönəldilir və bütün bu prosesə də dövlət rəhbərliyi, şəxsən ölkə prezidenti özü nəzarət edir. Doğrudur, WUF13-ün təşkilati işlərini həyata keçirən qurumun başında şəhərsalna, tikinti, arxitektura sferasında yüksək səviyyəli mütəxəssis olan vəzifəli şəxs - Prezident Administrasiyasının rəhbəri vardı. Ancaq Prezident və birinci vitse-prezident səviyyələrində dəstək, dövlət başçısının liderliyi uğuru təmin etdi.
Azərbaycanda keçirilən Şəhərsalma Forumunun ikinci önəmli özəlliyi bu Foruma beynəlxalq maraqla bağlıdır. Bu, Prezident İlham Əliyevin də açılışda dediyi kimi, rekord göstərici idi. Bilirsiniz, Azərbaycanın əleyhinə, Azərbaycanın güclənməsinə qarşı olan beynəlxalq dairələr həmişə vardı, indi də var. Azərbaycanda keçirilən belə forumları, hətta idman oyunlarını boykot etməyə cəhdlər, mane olmaq, əngəl yaratmaq istəyənlər əvvəl də olub, yenə də var. Bu, heç kimə sirr deyil. Avroviziyadan tutmuş COP29-a qədər hər zaman nane olmaq, Azərbaycanın işlərini çətinləşdirmək, iştirakçılığı zəiflətmək, mediada qaralamaq cəhdləri edilib. Ancaq bütün bunlara baxmayaraq, Azərbaycan həmişə öz işini uğurla edib. Hətta gözlənildiyindən də yaxşı səviyyədə. Bu dəfə də istisna olmadı. İştitakçılıq və fəallıq kifayət qədər, hətta proqnozların üstündə idi.
Üçüncü bir fərq: Azərbaycan hər belə qlobal tədbirdə yeni təşəbbüslər irəli sürür, yeni ideyalarla çıxış edir. Bu dəfə WUF tarixində ilk dəfə Liderlərin Bəyanatları Sessiyası keçirilib. Burda liderlər səviyyəsində qlobal çağırışlar edilib, mesajlar verilib. Bu, Foruma yüksək dövlət səviyyəsində siyasi dəstəyin artırır, dünya ölkələrinin qlobal məsuliyyətini yüksəldir.
Məlumat üçün deyək: mayın 18-də təşkil edilmiş bu sessiyada 27 dövlət və hökumət başçısı, yüksək səviyyəli qonaq və beynəlxalq təşkilatların rəhbərləri iştirak edib.
Bundan başqa sözügedən təhlildə göstərilib ki, Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə “Yeni şəhər gündəliyində həyat nəfəsi: Davamlı şəhərlər üçün hava keyfiyyəti və yaşıl infrastrukturun inteqrasiyası” mövzusunda yüksəksəviyyəli forum təşkil olunub.
Bu istiqamətdə misalları artırmaq da olar.
Əsas nəticə bunlardan ibarətdir: Azərbaycan qlobal prosesləri yönləndirən, proqressiv beynəlxalq trendlər yaradan aktor kimi özünü bir daha isbatladı. Dünyanı bürümüş münaqişələr, müharibələr fonunda Azərbaycan sivilizasiyalararası dialoq, qlobal problemlərin, çağırışların birgə müzakirəsi, beynəlxalq dinc inkişaf həmrəyliyini daha da möhkəmləndirmək baxımından önəmli platformaya çevrilir. Sadə dildə desək, başqaları bir-birinə güllə atdığı dünyada, Azərbaycan hamıya gül atır. Daha bir mühüm nəticə ölkə prezidenti İlham Əliyevin qlobal səviyyədə liderliyinin bir daha təsdiqlənməsi oldu. Onun çağırışına cavab olaraq onlarla dövlət və hökumət rəhbəri, yüzlərlə yüksək vəzifəli şəxslər, minlərlə, on minlərlə mütəxəssis, iş adamları, ictimai fəallar, media və sair bir araya gəlir. Bu, dövlətin gücünü isbatlamaqla yanaşı dövlət rəhbərinin şəxsi nüfuzunu, yüksək səviyyəli əlaqələrini də nümayiş etdirir. Ümumdünya Şəhərsalma Forumunda da bu cəhətlər açıq-aydın göründü, bilindi və qəbul edildi.