Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ İrana zərbələri bərpa etdikdən sonra azı 50 nəfər həlak olub
ABŞ İrana zərbələri bərpa etdikdən sonra azı 50 nəfər həlak olub

Silahlı qarşıdurma yenidən başladıqdan sonra ABŞ-nin aviazərbələri nəticəsində İranda azı 50 nəfər həlak olub.

"Report" xəbər verir ki, bu barədə İran Səhiyyə Nazirliyinin rəsmi nümayəndəsi Hüseyn Kermanpur "X" sosial şəbəkəsində bildirib.

"İyunun 27-dən iyulun 18-dək aviazərbələr nəticəsində 500-dən çox insan yaralanıb, 50 nəfər isə həlak olub. Həlak olanlar arasında beş qadın və 18 yaşından kiçik iki nəfər var. Yaralılar arasında isə 32 qadın, eləcə də 18 uşaq və yeniyetmə var", - o qeyd edib.

Məlumata görə, indiyədək 460 nəfər tibb müəssisələrindən evə buraxılıb, daha 37 yaralı stasionarda müalicə almağa davam edir.

Son xəbərlər
Bütün xəbərlər »