Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İran İordaniya ordusunu öz ərazisindəki ABŞ qoşunlarına hücum etməyə çağırıb
İran İordaniya ordusunu öz ərazisindəki ABŞ qoşunlarına hücum etməyə çağırıb

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-nin İordaniyadakı Əl-Əzraq aviabazasına raket və pilotsuz uçuş aparatı ilə zərbələr endirdiyini bildirib.

Bu barədə "Report" "Al Jazeera"ya istinadən xəbər verir.

Məlumata görə, hücumun hədəfi qırıcı anqarları və hərbi aviasiya dayanacağı olub. SEPAH-dan bildirilib ki, zərbə nəticəsində azı iki ABŞ qırıcı təyyarəsi tamamilə məhv edilib, bir neçəsi isə ciddi zədələnib.

Bundan əlavə, SEPAH İordaniya silahlı qüvvələrini ABŞ qoşunlarına zərbələr endirməyə çağıraraq, ölkədə olan ABŞ hərbçilərinin "qanuni hədəflər" olduğunu bildirib.

"Sizin dini və humanitar borcunuz onları istənilən lazımi vasitələrlə öldürmək və İordaniyanın müqəddəs torpağını təmizləməkdir", - bəyanatda bildirilib.

Son xəbərlər
Bütün xəbərlər »